Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Şəxslərin protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət İkinci Dünya müharibəsi iştirakçılarına protez-ortopediya məmulatları, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşlara protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri təmin edilməsi ilə bağlı müraciətləri əhatə edir.
    Protez-ortopediya məmulatlarının və reabilitasiya vasitələrinin növləri və anlayışı:
    - Protez - amputasiya olunmuş ətrafın anatomik və funksional cəhətdən bərpa olunması üçün istifadə olunan texniki konstruksiyadır.
    - Ortez-müalicəvi və ortopedik texniki məmulat olub, insanın dayaq-hərəkət aparatının pozulmuş və ya itirilmiş funksiyasının bərpasına və hərəkətinə xidmət edir.
    - Korset və bandaj - ortezin bir növü olub, gövdənin zədələnməsi və deformasiyası zamanı, qarın boşluğu və qarın divarının xəstəliklərində müdafiə məqsədi ilə istifadə olunan ortopedik məmulatdır.
    - Ortopedik ayaqqabı - pəncənin zədələnməsi, deformasiyası və aşağı ətrafın qısalığı zamanı müalicəvi və reabilitasiya məqsədi ilə istifadə olunan xüsusi hazırlanmış ayaqqabıdır.
    - Protez ayaqqabısı - aşağı ətraf protezlərinə geyinilən ayaqqabıdır.
    - Eşitmə aparatları - eşitmə funksiyasını bu və ya digər dərəcədə itirmiş şəxslərin eşitmə funksiyalarını nisbətən bərpa etmək üçün istifadə olunan cihazdır.
    - Kreslo-veloarabalar - dayaq-hərəkət funksiyalarını bu və ya digər səbəbdən itirmiş şəxslərin hərəkət etmələri üçün istifadə olunan reabilitasiya vasitəsidir.
    - Reabilitasiya vasitələri (əsalar, qoltuqaltı ağaclar, dirsəkaltı ağaclar və s.) - əlillərin , sağlamlıq imkanları məhdud uşaqların və xəstələrin itirilmiş funksiyalarının bərpasına kömək edən yardımçı vasitələrdir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Protez Ortopedik Bərpa Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Protezləşmə vərəqəsi və sifariş blankı açılır Hazır məmulatın alınma vaxtı haqqında məlumat verilir və şəxs protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 60 təqvim günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda

insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydaları"

3. PROTEZ-ORTOPEDİYA MƏMULATLARIN HAZIRLANMA VƏ TƏMİR MÜDDƏTLƏRİ

3.1. Protez-ortopediya məmulatın və ortopedik ayaqqabının hazırlanma müddəti sifarişin mərkəz tərəfindən qəbul edildiyi gündən hesablanır.

3.2. Əgər gündəlik sifariş məmulatın gündəlik buraxılma normasından artıq olarsa, onun yerinə yetirilmə müddəti 20 gündən çox olmayan müddətə uzadıla bilər.

3.3. Protez-ortopediya məmulatları və ortopedik ayaqqabılar (o cümlədən uşaqlar üçün) aşağıda göstərilən müddətlərdə hazırlanır:

 

modeli çıxarılmadan

- 25 iş günü;

obturator, bel tutqacları, müalicəvi bandajlar, supinator və pronatorlar

- 8 iş günü.

Hazırlanma müddətinə aşağıdakı müddətlər əlavə olunur:

 

modeli çıxarılmaqla

- 8 iş günü;

əlavə yoxlamanın (iki dəfədən artıq) təyin edilməsi, xüsusi yarımfabrikat hazırlanmaqla

- 8 iş günü;

ikitərəfli zədə və amputasiya zamanı hazırlanan məmulatlar üçün

- 25 iş günü.

 

3.4. Sifariş qəbul edilərkən yaxud yoxlama zamanı şəxsə yoxlama və ya hazır məmulatın alınma vaxtı haqqında məlumat verilir.

3.5. Səyyar protez emalatxanaları tərəfindən protez-ortopediya məmulatları, eləcə də ortopedik ayaqqabılar üçün qəbul edilmiş sifarişlər 60 təqvim günü müddətinə yerinə yetirilir.

3.6. Əlilin və ya sağlamlıq imkanları məhdud uşağın protezin yoxlanılması və alınması üçün gəlmədiyi vaxt hazırlama müddətinə daxil edilmir. [9]

3.7. Eksperimental-sınaq qaydasında düzəldilən, qeyri-tipik və xüsusi mürəkkəb məmulatların hazırlanma müddətləri fərdi olaraq mərkəzin direktoru, yaxud baş həkimi tərəfindən müəyyənləşdirilir.

3.8. Protez-ortopediya məmulatlarını, eləcə də ortopedik ayaqqabıları pulsuz almış şəxslər üçün həmin məmulatların təmiri pulsuz aparılır.

Protez-ortopediya məmulatları, eləcə də ortopedik ayaqqabıların təmiri aşağıdakı müddətlərdə aparılır:

əsaslı təmir  -15  təqvim günü;

orta təmir  -  7  təqvim günü.

Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydaları"nın 3-cü hissəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Xidmət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki protez-ortopedik bərpa mərkəzlərində və həmin mərkəzlər tərəfindən səyyar, ambulator və stasionar formada şəxsin olduğu yerdə həyata keçirilir.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Şəxsiyyət vəsiqəsi
- Kağız daşıyıcıda
Uşaqlar üçün doğum haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
Pensiya vəsiqəsi
- Kağız daşıyıcıda
Əlil arabasına tibbi-göstəriş barədə Tibbi-sosial ekspert komissiyasının qərarı
- Kağız daşıyıcıda
Sərbəst formada müraciət ərizəsi
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Protez-ortopediya məmulatların və ortopedik ayaqqabıların hazırlanması və təmiri üçün sifarişlər mərkəz tərəfindən müəyyən olunmuş qaydada qəbul olunur. Şəxsiyyət vəsiqəsi, uşaqlar üçün doğum haqqında şəhadətnamə, pensiya vəsiqəsi (zəruri hallarda digər sənədlər tələb oluna bilər) əsasında protezləşmə vərəqəsi və sifariş blankı açılır. Protezləşmə vərəqəsi, sifariş blankı protez-ortopediya məmulatlarının və ortopedik ayaqqabıların hazırlanması (təmiri) üçün əsas sənədlərdir. Protezləşmə vərəqəsi mərkəzin həkim tərəfindən doldurulur. Protezləşmə vərəqəsində şəxsin anket məmulatları, ona əvvəllər protez-ortopediya məmulatlarının və ortopedik ayaqqabının verilib-verilməməsi, belə yardımın göstərilmə tarixi haqqında məlumat qeyd olunur. Sifariş blankında şəxsin protez-ortopediya yardımına ehtiyacı müəyyənləşdirilir, yardım növü və həcmi qeyd olunur.
    Protez-ortopediya məmulatın və ortopedik ayaqqabının hazırlanma müddəti sifarişin mərkəz tərəfindən qəbul edildiyi gündən hesablanır.
    Əgər gündəlik sifariş məmulatın gündəlik buraxılma normasından artıq olarsa, onun yerinə yetirilmə müddəti 20 gündən çox olmayan müddətə uzadıla bilər.
    Əlilin və ya sağlamlıq imkanları məhdud uşağın protezin yoxlanılması və alınması üçün gəlmədiyi vaxt hazırlama müddətinə daxil edilmir.
    Eksperimental-sınaq qaydasında düzəldilən, qeyri-tipik və xüsusi mürəkkəb məmulatların hazırlanma müddətləri fərdi olaraq mərkəzin direktoru, yaxud baş həkimi tərəfindən müəyyənləşdirilir.
    Protez-ortopediya məmulatlarını, eləcə də ortopedik ayaqqabıları pulsuz almış şəxslər üçün həmin məmulatların təmiri pulsuz aparılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Ünvan: place AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Telefon: (99412) 596-5033
Faks: (99412) 596-5034
E-poçt: info@mlspp.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mlspp.gov.az/
VÖEN: 1700093011
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"
message