Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin məzmunu :
  • Bu xidmət əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında Qaçqın statusu verilməsi barədə vəsatətinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi və ya qaçqın statusunun verilməsindən imtina edilməsini əhatə edir
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında qaçqın statusu verilir və ya qaçqın statusu verilməsindən imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 il
Ödənişsiz :
Rüsum : 5 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 14.16-cı maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Qeyd edilməyib
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Azərbaycan Respublikasında «Qaçqın» statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs sərhəd-nəzarət buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona «Qaçqın» statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.
    Şəxsiyyətini təsdiq edən müvafiq sənədləri və ya Azərbaycan Respublikasının ərazisinə qanuni girişə əsası olmayan «Qaçqın» statusu almaq niyyətində olan şəxs, beynəlxalq hüquq normalarına uyğun olaraq daxili işlər orqanları tərəfindən eyniləşdirmə və zərurət yarandıqda daktiloskopiya prosedurlarını keçir və onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır. Belə şəxslər barəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verilir.
    Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin, habelə Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları «Qaçqın» statusu almaq niyyətində olan şəxsin vəsatətini üç iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə göndərir.
    «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
    Qeyd olunan sənədlərin olmaması «Qaçqın» statusu verilməsi barədə qəbul ediləcək qərara təsir etmir.
    Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o, ərizəni müvafiq tibbi sənədlərlə birlikdə özünün səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə təqdim edə bilər.
    «Qaçqın» statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.
    Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi — şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır.
    Qaçqın statusu almış şəxslər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.
    Şəxsin «Qaçqın» statusu verilməsi haqqında vəsatətinə baxılmaqdan imtina edildikdə, bu barədə və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə ona Dövlət Miqrasiya Xidməti və ya onun yerli orqanları tərəfindən 5 gün müddətində yazılı bildiriş göndərilir.
    İmtina haqqında məlumat eyni zamanda Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə, habelə Dövlət Sərhəd Xidmətinə göndərilir.
    Şəxsin «Qaçqın» statusu verilməsi haqqında vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə, 24 saat ərzində ona və ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatətə baxılan müddətədək şəxsiyyətini təsdiq edən xüsusi formada hazırlanmış müvəqqəti şəhadətnamə təqdim edilir.
    16 yaşına çatmamış ailə üzvləri haqqında məlumat valideynlərdən birinin, valideynlər olmadıqda isə himayəçinin və yaxud 18 yaşına çatmış, könüllü olaraq davranış tərbiyə və himayə məsuliyyətini üzərinə götürən qohumlardan birinin şəhadətnaməsinə qeyd olunur.
    Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş «Qaçqın» statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də müvəqqəti şəhadətnamə verilir.
    «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət etmiş şəxs və onunla gəlmiş ailə üzvləri səhiyyə və sanitar-epidemioloji nəzarət orqanlarının tələbi ilə haqqını ödəmədən məcburi tibbi baxışdan və zərurət yarandıqda sanitar təmizləmədən, müalicə-profilaktika müəssisələrində laboratoriya müayinəsindən və vaksinasiyadan keçməlidirlər. «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır.
    Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.
    Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.
    «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.
    «Qaçqın» statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir.
    «Qaçqın» statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur.
    Dövlət Miqrasiya Xidməti «Qaçqın» statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə göndərir.
    Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bir ay müddətində şəxsi işlə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Dövlət Miqrasiya Xidmətinə bildirir.
    Şəxsə «Qaçqın» statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti «Qaçqın» statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu baradə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətinda yazılı bildiriş göndərir.
    Dövlət Miqrasiya Xidməti qəbul olunmuş müvafiq qərarın surətini 5 gün müddətindən gec olmayaraq, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərir.
    «Qaçqın» statusu almış şəxsə və onun ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindan «Qaçqın vəsiqəsi» və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüquqi verən yol sənədi verilir.
    Şəxsə «Qaçqın vəsiqəsi» veriləndə ona «Qaçqın» statusu verilməsi barədə vəsatətə baxılması haqqında müvəqqəti şəhadətnamə Dövlət Miqrasiya Xidməti tərəfindən geri alınır və «Qaçqın» statusu alanın şəxsi işinə daxil edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti


Ünvan: place AZ-1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202
Telefon: (994) 498-9464, (994) 562-5790, (994) 562 5793
Faks: (994) 562-3702
E-poçt: info@migration.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.migration.gov.az
VÖEN: 1700760271
Ödəmə rekvizitləri: Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Bakı şəhəri Vergilər Departamenti
Hesab: AZ17CTRE00000000000002117131
VÖEN: 1400305751
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 1

Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin ödəmə rekvizitləri;

Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Hesab: AZ40CTRE00000000000004878501
VÖEN: 1701393691
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 7



İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5 günləri, 09:00:00-18:00:00 919-Miqrasiya Məlumat Mərkəzi.
message