Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Tikinti layihələrinin ekspertizadan keçirilməsi


Dövlət orqanı :
  • Şəmkir Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin ekspertizadan keçirilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Qeyd edilməyib
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : -
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Tikinti layihəsi
- Kağız daşıyıcıda
Tikinti layihəsinin hazırlanması zamanı istifadə olunmuş şəhərsalma və tikintiyə dair normativ sənədlərin layihəçi tərəfindən təsdiq edilmiş siyahısı
- Kağız daşıyıcıda
İzahat yazısı (obyekt haqqında müfəssəl məlumat)
- Kağız daşıyıcıda
Layihəçinin xüsusi razılığının (lisenziyası) surəti
- Kağız daşıyıcıda
Təchizat müəssisələri tərəfindən verilmiş texniki şərtlər
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Xidmət istifadəçisi tikintisinə icazə tələb edilən obyektin tikintisi üçün icazə almaq üçün tələb olunan sənədləri və "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın 4.2-ci bəndində göstərilən sənədləri əlavə edərək İcra Hakimiyyətinə ərizə ilə müraciət edir;
    - İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsində təqdim edilən sənədlərin tamlığı və "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"na uyğunluğu yoxlanılır;
    - Sənədlərin tamlığı və "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbləri təmin olunduqdan sonra tikinti layihəsi ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərilir. Ekspertiza müəssisəsi Qaydaların 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq təqdim olunmuş sənədlərin tamlığını 5 gün müddətində yoxlayır.
    - Təqdim edilmiş sənədlər natamam olduqda, ekspertiza müəssisəsi sifarişçiyə və müvafiq yerli İcra Hakimiyyəti orqanına bu barədə məlumat verir və sənədlərin tamlığının təmin olunması üçün 5 gün müddət təyin edir. Göstərilən müddət ərzində sənədlərin tamlığı təmin edilmədiyi və həmin sənədlər olmadan rəy verilməsi mümkün olmadığı təqdirdə, tikinti layihəsi müvafiq yerli İcra Hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə qaytarılır.
    - Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir.
    - Ekspertiza zamanı tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadığı aşkar edildiyi halda, həmin sənədə istinad edilməklə, mövcud çatışmazlıqların aradan qaldırılması üçün ekspertiza müəssisəsi birbaşa sifarişçiyə müraciət edir və bu məqsədlə ona 10 gün müddət təyin edir.
    - Birbaşa müraciətdə göstərilən çatışmazlıqlar həmin müddət ərzində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi əsaslandırılmış rəy verir və həmin rəy rəsmi qaydada tikintiyə icazə verən müvafiq yerli İcra Hakimiyyəti orqanına, tikinti layihəsi Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir.
    - Mərhələli layihələndirmə yolu ilə inşa edilən obyektlərin tikinti layihələrinin müvafiq olaraq mərhələlər üzrə ekspertizadan keçirilməsinə icazə verilir.
    - Tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilməyən obyektin tikinti layihəsinin smeta bölməsi də sifarişçinin arzusu ilə ekspertizadan keçirilir.
    - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici dövlətlərin və ya beynəlxalq təşkilatların şəhərsalma və tikinti ilə bağlı normativləri və standartları tətbiq olunmaqla hazırlanmış tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı ekspertiza müəssisəsi bu sahədə təcrübəsi olan xarici mütəxəssislər cəlb edilə bilər və (və ya) həmin layihələr üzrə hesablamaların aparılması üçün müvafiq xarici və ya beynəlxalq proqram təminatlarından istifadə edə bilər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Şəmkir Rayon İcra Hakimiyyəti


Ünvan: place M.Ə.Sabir küçəsi №15
Telefon: (+994 22) 305-33-63
Faks: (+994 22) 305-30-94, 305-33-72
E-poçt: mail@shamkir-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://shamkir-ih.gov.az/
VÖEN: 8500207251
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin bazar ertəsi - cümə günləri, saat 9-00-dan 18-00-dək
message