Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması
    Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
    Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.
    Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.
    Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Şəhər və rayon qeydiyyat şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilir.

    Təqdim edilmiş digər şəhadətnamələrin əvəzinə yeniləri verilir. Müvafiq akt qeydləri başqa orqanlarda qeydə alınıbsa, bu barədə yeni şəhadətnamələr həmin orqanlar tərəfindən göndərilir.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 ayadək
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Dövlət rüsumları haqqında 12 maddə
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri Şəhər və rayon qeydiyyat şöbələrində həftənin 2-6-cı günləri "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00 10:00:00 10:00:00
İşin sona çatma vaxtı : 17:00:00 18:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 15:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • - Şəhər və rayon qeydiyyat şöbələrinin inzibati binaları
    - "ASAN" xidmət mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkili
- Kağız daşıyıcıda
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə
- Kağız daşıyıcıda
Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsinə dair sənəd
- Kağız daşıyıcıda
Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti
- Kağız daşıyıcıda
Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat orqanı ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə sorğu verir. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.
    - Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat orqanı tərəfindən əldə edildikdən sonra baxılır.
    - Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir.
    - Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat orqanı bundan imtina edilməsi barədə ərizə verən şəxsə məlumat verir və təqdim etdiyi sənədlərləri ona qaytarır. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat orqanı bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır.
    - Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə yazılan hər bir qeyd ərizə verən şəxsə oxunur, onun tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və ərizə verən şəxs şəhadətnamənin alınmasına dair reyestrdə imza edir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müdətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Vətəndaşlıq vəziyyəti
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message