Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi


Dövlət orqanı :
  • Şəmkir Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi ilə bağlı komissiya
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi üçün təqdim edilmiş sənədlərin təsdiqi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın 2.5-ci bəndi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin fəaliyyət göstərdiyi bina
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə ("Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"na 1 nömrəli əlavə)
- Kağız daşıyıcıda
Toxum və tinglərin istehsalı və satışı ilə məşğul olması barədə hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil olunmasına dair sənədin surəti
- Kağız daşıyıcıda
Satışa çıxarılan toxum və tinglərin keyfiyyətini təsdiq edən sertifikatın surəti
- Kağız daşıyıcıda
1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin alğı-satqısına dair qaimə və müqavilənin surəti
- Kağız daşıyıcıda
İstehsalçılardan toxum və ting alan təsərrüfatlar tərəfindən həmin toxum və tinglərin əkilməsi barədə rayon toxum müfəttişliyi tərəfindən verilən arayış
- Kağız daşıyıcıda
İstehsal olunmuş toxum və tingin əsilliliyini təyin edən sənədlərin (aprobasiya aktı, aprobasiya haqqında hesabat) surəti (bu zaman pambıq toxumuna dair ilkin sənədlər Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının yerli labolatoriyaları tərəfindən istehsalçının sifarişi əsasında hazırlanmalıdır)
- Kağız daşıyıcıda
Subsidiyanın hansı hesablaşma və ya şəxsi hesaba köçürülməsi barədə məlumat
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada toxum və ting istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlar istehsal etdikləri 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin satışına görə dövlət büdcəsindən subsidiya ödənilməsi üçün tələb olunan sənədləri əlavə edərək rayon komissiyasına müraciət edir;
    - Rayon komissiyası istehsalçıdan daxil olan sənədləri araşdırır və təhlil edir;
    - Komissiyaya müraciət daxil olandan sonra 10 gün ərzində istehsal edildiyi təsərrüfatdan satışa çıxarılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin həcmi (miqdarı) təqdim edilmiş sənədlərə uyğun olaraq müəyyən edilir və akt tərtib edir və müəyyən olunmuş formada cədvəl əlavə edir;
    - Komissiya toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydada göstərilən müddətdən gec olmayaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir.
    - Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmri ilə rayon (şəhər) komissiyalarından daxil olmuş müraciətlərə rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavininin sədrliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət Ekspert Şurası yaradılır.
    Ekspert Şurası təqdim edilmiş sənədlərin araşdırılması zamanı zərurət olduğu təqdirdə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzindən ekspert kimi mütəxəssislər cəlb edə bilər.
    - Ekspert Şurası 10 iş günü ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən rəy üçün daxil olmuş rayon komissiyasının müraciətini və ona əlavə olunmuş sənədləri araşdırır, təsərrüfatlara subsidiya ödənilməsi ilə bağlı qərarını Nazirliyə qaytarır.
    - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən həmin istehsalçılara subsidiya ödənilməsindən imtina edildiyi halda istehsalçıya imtinanın səbəbləri göstərilməklə, 10 iş günü ərzində müəyyən olunmuş qaydada yazılı məlumat göndərilir.
    İstehsalçılara subsidiya verilməsindən aşağıdakı hallarda imtina edilir:
    - bu Qaydanın 2.4-cü bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə;
    - bu Qaydanın 2.6-cı bəndində göstərilən vaxtdan gec sənəd təqdim edildikdə.
    Dövlət büdcəsindən subsidiya ödənilən təsərrüfatlar və bu təsərrüfatlardan 1-ci və 2-ci reproduksiyalı toxum və ting alan alıcılar tərəfindən həmin toxum və tinglərin təyinatdan kənar məqsədlərə istifadə edilməsinə və 3-cü şəxsə satışına yol verilmir.
    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 10 iş günü ərzində bu Qaydanın 2.13-cü bəndində göstərilən normalara əsasən subsidiyanın ödənilməsi barədə Ekspert Şurasının qərarını ətraflı təhlil və təsdiq etdikdən sonra tədbirin maliyyələşdirilməsi üçün təklifləri müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sənədlərə baxır və vəsaitin həmin Nazirliyin müvafiq xəzinə hesabına köçürülməsini təmin edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ayrılmış vəsaitləri hüquqi və fiziki şəxslərin müvafiq müvəkkil banklardakı hesablaşma hesabına və ya ödəmə kartına köçürülməsini təmin edir.


Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Şəmkir Rayon İcra Hakimiyyəti


Ünvan: place M.Ə.Sabir küçəsi №15
Telefon: (+994 22) 305-33-63
Faks: (+994 22) 305-30-94, 305-33-72
E-poçt: mail@shamkir-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://shamkir-ih.gov.az/
VÖEN: 8500207251
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin bazar ertəsi - cümə günləri, saat 9-00-dan 18-00-dək
message