Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatların verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatların verilməsini əhatə edir.
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatların verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Sənədin əsli
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin surəti
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənəd
- Sənədin surəti
Hüquqi şəxsin nizamnaməsi
- Sənədin surəti
Fiziki şəxsin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə ali təhsili haqqında sənədi
- Sənədin surəti
Fiziki şəxsin daşınmaz əmlakın kadastrı, yerquruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçilik mühəndisliyi sahəsində ən azı 1 il iş stajının olmasını təsdiq edən sənəd
- Sənədin əsli
Hüquqi şəxsin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə və ən azı 3 il iş stajı olan alitəhsilli işçilərinin olmasını təsdiq edən sənəd
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (bundan sonra - Xidmət) yazılı və ya elektron formada müraciət edirlər. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və fiziki şəxslər tərəfindən Xidmətə elektron formada müraciət edildikdə, tələb edilən sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə olunur, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əsli tələb edilir. Sertifikatlaşdırma barədə müraciət Xidmətə təqdim edildiyi gün qeydiyyata alınır və müraciətə 10 iş günü ərzində baxılır.
    Tələb edilən sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunmadıqda, Xidmət həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. Sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmur. Belə olan halda müraciətə baxılma müddəti 30 iş günündən çox olmur. Uyğunluğun qiymətləndirilməsi zamanı ilkin olaraq özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən sənədlər yoxlanılır. Təqdim edilən sənədlərin həqiqiliyinə şübhə olarsa, müraciətin icra müddəti dayandırılır və 48 saat müddətində ciddi şübhəyə əsas verən halların aradan qaldırılması məqsədi ilə müraciət edən özəl hüquqi və fiziki şəxslərə yazılı məlumat verilir. Müraciət edən özəl hüquqi və fiziki şəxslər tərəfindən elektron informasiya sistemindən əldə edilməsi mümkün olmayan sənədlərdə çatışmazlıq olduqda, 10 iş günü müddətində çatışmazlıq aradan qaldırılmalı və bu barədə yazılı və ya elektron formada Xidmətə məlumat verilməlidir. Uyğunluğun qiymətləndirilməsi zamanı növbəti olaraq müraciət edən hüquqi şəxslərin kadastr mühəndislərinin və fiziki şəxslərin (kadastr mühəndislərinin) nəzəri biliklərinin qiymətləndirilməsi aparılır. Uyğunluğu qiymətləndirilən kadastr mühəndisləri aşağıdakılar barədə nəzəri və praktiki biliklərə malik olmalıdırlar:
    1. mülki hüquq və torpaq münasibətləri, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi, mərzçəkmə işlərinin həyata keçirilməsi və digər aidiyyəti sahələri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları;
    2. torpaq sahələrinin, bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının və çöl-ölçmə işlərinin aparılmasının ümumi qaydaları;
    3. öz peşə fəaliyyətləri dairəsində tətbiq olunan məlumatların toplanılmasının, saxlanılmasının və işlənilməsinin kompüter üsulları, informasiyanın qorunması, işlənilib hazırlanması və verilməsi qaydaları;
    4. öz peşə fəaliyyətlərində fotoqrammetrik üsulların və Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi;
    5. kadastr xəritələrinin tərtibi;
    6. sənaye və mülki obyektlərin həndəsi ölçülərinin geodezi monitorinqi;
    7. plan və xəritələrin hazırlanması üçün geodeziya işlərinin aparılması, müasir geodeziya alətlərinin quruluşu, onların yoxlanılması, tənzimlənməsi və istismarı üsulları;
    8. inzibati idarəçilik, inzibati prosedurlar, maliyyə ödənişləri ilə bağlı ilkin biliklər.
    Uyğunluğun qiymətləndirilməsi zamanı yekun olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işlərinin aparılması barədə məlumatlandırılması, torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması, mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması, torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması, mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi sahəsində müraciət edən özəl hüquqi və fiziki şəxslərin praktiki bilikləri yoxlanılır. Qeyd edilən nəzəri və praktiki biliklərin yoxlanılması məqsədi ilə tərkibi 5 nəfərdən ibarət olan, Xidmət rəisinin əmri ilə daimi fəaliyyət göstərən komissiya yaradılır. Komissiyanın tərkibinə müstəqil ekspertlərin daxil edilməsinə yol verilir. Nəzəri biliklərin yoxlanılması və praktiki biliklərlə bağlı yazılı və ya elektron formada müraciət edildiyi gündən 5 iş günü müddətində komissiya müraciət edən özəl hüquqi və fiziki şəxslərin nəzəri və praktiki biliklərinə dair rəy verir və bu rəy özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsində nəzərə alınır. İmtina üçün əsas olmadığı təqdirdə, Xidmət tərəfindən müraciət edən özəl hüquqi və fiziki şəxslərə mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın verilməsi barədə qərar qəbul edilir və bu barədə 48 saat ərzində müraciət edən özəl hüquqi və fiziki şəxslərə yazılı məlumat verilir. Sertifikatın verilməsi barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sertifikat müraciət edən hüquqi və fiziki şəxslərə təqdim edilir. Sertifikat verildiyi tarixdən 3 il müddətinə etibarlıdır. Sertifikatın müddəti hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadılır. Sertifikatın müddətinin uzadılması üçün sertifikatın müddətinin bitməsinə ən azı 1 ay qalmış sertifikat sahibi Xidmətə müraciət etməlidir. Sertifikatın müddətinin uzadılması barədə müraciətə ümumi əsaslarla baxılır. Sertifikat aşağıdakı hallarda ləğv edilir:
    1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
    2. sertifikat verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;
    3. məhkəmənin müvafiq qərarı olduqda;
    4. hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs öldükdə, məhkəmənin qərarı ilə itkin düşmüş və ya ölmüş elan edildikdə;
    5. fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda.
    Sertifikatın ləğv edilməsi halında, qərar qəbul edildiyi andan 3 iş günü müddətində yazılı şəkildə sertifikat sahibinə məlumat verilir.
    Sertifikat verildikdə və ya sertifikatın qüvvədəolma müddəti uzadıldıqda, sertifikatın surəti müvafiq dövlət reyestrlərinə daxil edilməsi üçün 3 iş günü müddətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunur. Ləğv edilmiş sertifikat barədə 3 iş günü müddətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 06 may tarixli 185 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nın 6-cı hissəsinə əsasən Qaydalarda nəzərdə tutulmuş tələblərin pozulmasından, o cümlədən sertifikatın verilməsindən imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilir. İnzibati şikayətlər üzrə şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
    Uyğunluğun qiymətləndirilməsi sahəsində inzibati mübahisələrin məhkəmə qaydasında həlli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message