Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına aşağıdakı məsələlərlə bağlı etirazın (ərizənin) verilməsini əhatə edir:
    a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara;
    b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara;
    c) verilmiş patentlə əlaqədar daxil olan etirazlara;
    ç) "Patent haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə;
    d) ilkinliklə əlaqədar yaranan mübahisələrə;
    e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara;
    ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara;
    f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara;
    g) müvafiq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara;
    ğ) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara;
    h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara;
    x) əmtəə nişanının geniş tanınmasına dair ərizələrə və geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazlara;
    ı) coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair etirazlar;
    i) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanın sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələblərinin pozulmasına
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Hüquq şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Etiraza (ərizəyə) baxılaraq Şura tərəfindən müvafiq qərarın qəbul edilməsi.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 20 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 20 manat
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.34.2-ci maddəsi
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 150 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün - 150 manat
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.34-1-ci maddəsi
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 20 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 20 manat
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.34.1-ci maddəsi
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 60 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 60 manat
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.34.3-cü maddəsi
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 20 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün - 20 manat;
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.12.1-ci maddəsi
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 35 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 35 manat
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.34.4-cü maddəsi
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 10 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : İxtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.11.1-ci maddəsi
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 40 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : İxtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.11.3-cü maddəsi
Müddət (Məbləğ) : 30 iş günü
Rüsum : 45 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanı və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün rüsumlar aşağıdakı kimi müəyyənləşdirilmişdir:18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:18.35.1. əmtəə nişanı üçün - 45 manat;18.35.2. coğrafi göstərici üçün - 30 manat;
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanının dövlət reyestrində qeydiyyatı üçün rüsum 45 manat
Müddət (Məbləğ) : 30 gün
Rüsum : 80 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Qeydə alınmış əmtəə nişanına qarşı - 80 manat
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.34.5-ci maddəsi
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Keyfiyyət üzrə rəhbərlik sənədi
- Elektron və ya kağız formada
Akkreditasiya barədə sənəd
- Elektron və ya kağız formada
Fəaliyyətin sertifikatlaşdırma qaydasını əks etdirən sənəd
- Elektron və ya kağız formada
Ərizə
- Elektron və ya kağız formada
Sertifikatlaşdırma üzrə orqanın "Əsasnamə"si
- Elektron və ya kağız formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçi dövlət rüsumunun verilməsi barədə qəbzi təqdim edir və sonra Komitədə sorğuya baxılır. Sorğu qəbul edildikdən sonra dərhal qeydiyyata alınır və baxılması üçün Şuraya təqdim edilir. Etiraz (ərizə) sistemə daxil olduğu andan etibarən sorğunun icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Etiraz (ərizə) Şuraya daxil olduğu gün dərhal istifadəçiyə etirazın (ərizənin) baxılmaq üçün qəbul olunduğu və Şurada iclasın keçirilmə günü barədə bildiriş göndərilir. Etiraz (ərizə) vermiş şəxs və ya onun nümayəndəsi şuranın qərarı elan olunanadək verilmiş etirazı (ərizəni) geri götürə bilər. Bu zaman etirazın (ərizənin) verilməsi üçün ödənilmiş dövlət rüsumu geri qaytarılmır. Şura etiraza (ərizəyə) baxmanı təyin olunmuş gündə keçirə bilmədiyi halda iclasın aparılmasını başqa vaxta keçirə bilər. Etiraza (ərizəyə) baxma prosesi Apellyasiya şurasının sədrinin və ya şura üzvlərindən birinin işin mahiyyətinə aid məruzəsi ilə başlanır və aşağıdakı ardıcıllıqla aparılır:
    ●etiraz(ərizə) vermiş şəxsin və (və ya) onun nümayəndəsinin çıxışı;
    ●mühafizə sənədi sahibinin və (və ya) onun nümayəndəsinin çıxışı;
    ●tərəflərin Şura üzvlərinin suallarına cavabı.
    Hər iki tərəfin etiraza (ərizəyə) baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək və şifahi izahat vermək hüququ vardır. Şura etiraza (ərizəyə) baxılmasının nəticəsinə uyğun olaraq, etirazın (ərizənin) tam və ya qismən təmin olunması, yaxud rədd edilməsi barədə qərar qəbul edir və dərhal bütün maraqlı tərəflərə bildiriş göndərir. Çıxışların müzakirəsi və qərarın qəbul edilməsi yalnız Şura üzvləri tərəfindən yerinə yetirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Vətəndaş xidmətlə bağlı Komitənin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi


Ünvan: place AZ 1147 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 124
Telefon: (+994 12)449-99-59
Faks: (+994 12)440-52-24
E-poçt: office@azstand.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.azstand.gov.az
VÖEN: 1400386271
Ödəmə rekvizitləri: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
VÖEN: 1400386271
Bank rekvizitləri:
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN: 1401555071
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
SWIFT BIK CTREAZ22
Hesab: AZ17CTRE00000000000002428501
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-dək iş günləri , şənbə, bazar və bayram günləri isə qeyri-iş günləridir
message