Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Açıq məkanda reklamın yerləşdirilməsinə icazə verilməsi


Dövlət orqanı :
  • "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Xidmətin məzmunu :
  • Bu xidmət açıq məkanda küçə reklamları lövhəsinin yerləşdirilməsinə görə icazənin verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 7 iş günü
Ödənişsiz :
Rüsum : 70 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI QƏRAR №2 Bakı şəhəri, 13 iyul 2012-ci il Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli, 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”na uyğun olaraq, Bakı şəhəri üzrə bir kvadrat metr (səyyar və ya stasionar) küçə reklamının yayımı məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər aşağıdakı kimi təsdiq edilsin: Sıra №-si Reklam daşıyıcısının kateqoriyası (yeri) Zonalar üzrə tariflər (ƏDV-siz, manatla) A B C 1. Yerüstü keçidlərdə, körpü və estakadalarda 24,0 20,0 16,0 2. Küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında 20,0 16,0 12,0 3. Damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində 16,0 12,0 8,0 4. Yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində 8,0 7,0 6,0 5. Hasarlarda, vitrin və pəncərələrdə 6,0 5,0 4,0 2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər bu qərarın birinci bəndi ilə təsdiq edilmiş tariflərə 0,7, digər regionlar üzrə isə 0,5 əmsalı tətbiq edilməklə müəyyənləşdirilsin. 3. Sosial reklam tarifləri bu qərarın ikinci bəndinin tələbləri nəzərə alınmaqla birinci bəndi ilə təsdiq edilmiş tariflərə 0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilsin. 4. Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilsin. 5. Küçə reklamının yayımı məqsədilə ödəniş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”na müvafiq olaraq icazə verən orqan tərəfindən icazə sənədində göstərilən müddətə və bu qərarla müəyyənləşdirilmiş tariflərə uyğun olaraq həyata keçirilsin. 6. “Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30 iyul 2008-ci il tarixli, 7 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin. 7. Bu qərar 1 avqust 2012-ci il tarixindən qüvvəyə minir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 31.3.1-ci maddəsi; - Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə" 2012-ci il 13 iyul tarixli 2 nömrəli Qərarı.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Kağız daşıyıcıda
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və nümayəndəliyinin hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti
- Kağız daşıyıcıda
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
- Kağız daşıyıcıda
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Kağız daşıyıcıda
Reklam daşıyıcısının yerləşəcəyi ərazinin rəngli fotosu
- Kağız daşıyıcıda
Reklam daşıyıcısının rəngli layihəsi və eskizi
- Kağız daşıyıcıda
Küçə reklamı bina, tikili və digər obyektlərdə yerləşəcəksə, bu barədə mülkiyyətçi ilə bağlanmış müqavilənin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti
- Kağız daşıyıcıda
Reklam daşıyıcısının müəyyən edilən tələblərə uyğun olduğu barədə müvafiq orqanların razılığı
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • -Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və İdarənin məsul şöbəsinə icra edilməsi üçün göndərilir. Şöbədə müraciətlərə və onlara əlavə edilmiş sənədlərə baxılır. Təqdim olunan sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, müraciətlərin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq İdarə onların aradan qaldırılması barədə məlumatı müraciətçilərə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir.
    Müraciətçilər həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə müraciətçilərin müraciətindən sonra müddətin axımı bərpa olunur. Təqdim olunan sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə açıq məkanda küçə reklamları lövhəsinin yerləşdirilməsinə görə icazənin verilməsinə dair qərar qəbul edilir və bu barədə məlumat müraciət edən şəxslərin elektron ünvanlarına, kağız üzərində əsli isə poçt vasitəsilə poçt ünvanlarına göndərilir və ya birbaşa müraciətçilərə təqdim edilir.

    Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı İdarədən icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında İdarə tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.

    Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli, 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nın 2.12. bəndinə əsasən reklam daşıyıcıları yerləşdirilərkən aşağıdakı qaydalara riayət edilməlidir:
    - Reklam daşıyıcısının kənarından səki daşınadək olan məsafə 1 metrdən az olmamalıdır;
    - Reklam daşıyıcısının aşağı küncündən avtomobil yolunun örtüyünədək olan
    məsafə 2,5 metrdən, işıq dirəklərindən isə 4 metrdən az olmamalıdır. Yolun hərəkət hissəsində quraşdırılarkən isə həmin məsafə 4,5 metrdən az olmamalıdır;
    - Reklam daşıyıcısının işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, sənaye istehsalı olan işıq qurğularından istifadə olunmalıdır. İşıqlandırma qurğusu reklam daşıyıcısının konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir.
    - Küçə reklamı daşıyıcıları yerləşdirilərkən avtomobil yolları və küçələrə xidmətin rahatlığı, həmçinin yol hərəkətinin nizamlama vasitələrinin tətbiqi imkanları da nəzərə alınmalıdır.
    - Reklam vasitələrinin dayaqları müxtəlif materiallardan hazırlana bilər. Onlar möhkəm olub, təbii təzyiqlərə davam gətirməlidir.
    - Eyni istiqamətdə yerləşdirildikdə iki küçə reklamı arasında məsafə 50 metr, dirəklərə vurulduqda isə 25 metrdən az olmamalıdır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi


VÖEN: 1700711731
message