Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Nikahın pozulmasının qeydə alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Nikahın pozulmasının qeydə alınması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Şəhər və rayon qeydiyyat şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Nikahın pozulması haqqında şəhadətnamələr verilir.

    Müraciət elektron formada edildikdə nikahın pozulmasının dövlət qeydiyyatına alınması halından asılı olaraq ər-arvad və ya onlardan birinin iştirakı ilə nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılır və bu barədə şəhadətnamənin təqdim edilməsi üçün ər-arvad və ya onlardan biri qeydiyyat orqanına dəvət olunur
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü 1 iş günü 1 iş günü
Ödənişsiz :
Rüsum : 2 AZN 15 AZN 15 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :

Digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə.

 Yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında pozulduqda

Nikah məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) pozulduqda.

Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Qanunun 12.2.3-cü maddəsi "Dövlət rüsumu haqqında" Qanunun 12.2.1-ci maddəsi "Dövlət rüsumu haqqında" Qanunun 12.2.2-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri Şəhər və rayon qeydiyyat şöbələrində həftənin 2-6-cı günləri "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00 10:00:00 10:00:00
İşin sona çatma vaxtı : 17:00:00 18:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 15:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • - Şəhər və rayon qeydiyyat şöbələrinin inzibati binaları
    - "ASAN" xidmət mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ərarvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi
- Kağız və elektron formada
Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
- Kağız və elektron formada
Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:- Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır: - ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; - ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız və elektron formada
Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi
- Kağız və elektron formada
Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız və elektron formada
Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız və elektron formada
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız və elektron formada
Ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə
- Kağız və elektron formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Qeydiyyat şöbəsi qarşılıqlı razılığı əsasında nikahın pozulması barədə ər-arvadın birgə ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul edir, ərizə verilən gündən 1 ay tez olmayaraq nikahın pozulmasının qeydiyyatı gününü təyin edir və təyin edilən gün nikahın pozulmasının qeydiyyatını aparır;
    - Ər-arvaddan birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə qeydiyyat orqanına gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin qeydiyyat şöbəsi və ya notariat qaydasında təsdiq edilməlidir.
    - Ər-arvad üzürlü səbəbə görə onlar üçün müəyyən edilmiş gündə nikahın pozulmasını qeyd etdirmək üçün qeydiyyat şöbəsinə gələ bilmədikdə, qeyd müddəti onların xahişi ilə başqa vaxta keçirilir. Müəyyən edilmiş vaxtda gəlməməyin səbəbi üzürlü hesab edildikdə, qeydiyyat şöbəsi yeni vaxt müəyyən etmədən onların gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər. Gəlməməyin səbəbi üzürsüz hesab edildikdə, lakin ər-arvadın nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında qeydiyyat şöbəsinə yenidən ərizə verə bilərlər. Qeydiyyat şöbəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir.
    - Qeydiyyat şöbəsi məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması və ya ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması barədə ərizəni qəbul edir və həmin gün gün nikahın pozulmasının qeydiyyatını aparır. Ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir. Məhkəmənin qətnaməsinə əsasən ər (arvad) nikahın pozulmasının qeyd edilməsi haqqında ərizə verdikdə, qeydiyyat orqanı digər tərəfin ərizəsi üzrə həmin şöbədə əvvəllər nikahın pozulması barədə akt qeydinin olub-olmamasını yoxlayır. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılıbsa, nikahın pozulması haqqında akt qeydinə çatışmayan məlumatlar əlavə edilir. Müraciət etmiş tərəfə nikahın pozulması haqqında şəhadətnamə verilir. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayıbsa və ərizəçinin nikahı haqqında qeydlərdə nikahın pozulması barədə məlumat yoxdursa və ya nikah başqa qeydiyyat şöbəsində qeyd edilibsə, onda müvafiq qeydiyyat şöbəsində artıq pozulmuş nikahın qeydiyyatı barədə qeydlər olub-olmaması haqqında sorğu edilir. Bu cür məlumatların olmadığı bildirildikdə nikahın pozulmasının qeydiyyatı ümumi qaydada həyata keçirilir.
    - Ərizə verən şəxslərin iştirakı ilə nikahın pozulması haqqında akt qeydi tərtib edir, akt qeydinə yazılan hər bir qeyd onlara oxunur, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, nikahın pozulması haqqında şəhadətnamələr tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və ərizə verənlərin hər biri şəhadətnamənin alınmasına dair reyestrdə imza edir.
    - Nikah qeydiyyat orqanında pozulduqda, nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - Şikayətə "İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müdətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Vətəndaşlıq vəziyyəti
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message