Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət səhmdar cəmiyyətlərinin səhmlərinin 15 faizinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışının təşkilini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Hərracların Təşkili üzrə Auksion Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • KİV-də məlumatın verilməsi
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə müvafiq sayda səhmlərə mülkiyyət hüququnu təsdiq edən bildiriş verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 25 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"nın 3.1-ci bəndinə əsasən hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, hərracın başlanmasına ən geci üç bank günü qalanadək özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faiz həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə"nin 4.2-ci bəndinin 4-cü abzası
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Özəlləşdirmə haqqında rəsmi elan günündən etibarən 25 (iyirmi beş) gün ərzində
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Güzəştli satışda iştirak etmiş şəxslərin ümumi yığıncağının protokolu
- Sənədin əsli
Güzəştli satışın başa çatmasına dair özəlləşdirmə komissiyasının protokolu
- Sənədin əsli
Sifariş
- Sənədin əsli
şəxsiyyət vəsiqəsi
- Sənədin əsli
Ödəniş qəbzi
- Sənədin əsli
Səhmləri güzəştli almaq hüququ olan şəxslərin siyahısı
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmləri güzəştli almaq hüququ aşağıdakılara aid edilir:
    əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə;
    Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslərə;
    özəlləşdirmənin müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən pensiyaya çıxmış şəxslərə;
    1995-ci il yanvarın 1-dən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslərə.
    Səhmlərin güzəştli satışı aşağıdakı qaydada həyata keçirilir:
    Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındıqdan və səhmləri buraxıldıqdan sonra müəssisəni özəlləşdirmə komissiyası özəlləşdirmə haqqında qərar qəbul etmiş orqanın müəyyən etdiyi vaxtda səhmlərin güzəştli şərtlərlə satışının təşkilinə başlayır. Səhmlərin güzəştli satışı haqqında məlumat satışın keçirildiyi gündən azı 30 (otuz) gün əvvəl komissiya tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur. Daha sonra:
    müəssisənin özəlləşdirmə komissiyası tərəfindən səhmləri güzəştli satın almaq hüququ olan şəxslərin tam siyahısı tərtib edilir;
    güzəştli satışa çıxarılmış səhmlərinin sayı güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir. Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30% güzəşt edilmiş məbləği həcmində ödəniş edir. Ödənişlə bağlı komissiya sədrinin imzası və müəssisənin möhürü ilə təsdiq olunmuş qəbz verilir. Komissiyanın sədri əmək kollektivi tərəfindən təqdim olunmuş sifarişləri Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və pul vəsaitlərini Mərkəzin xəzinəsinə təhvil verir.
    güzəştli satış özəlləşdirmə haqqında rəsmi elan günündən etibarən 25 (iyirmi beş) gün ərzində keçirilir və özəlləşdirmə komissiyası tərəfindən təqdim edilmiş sənədlər əsasında güzəştli satışın yekunlarına əsasən bölüşdürülmüş səhmlərin sayı müəyyən edilir;
    güzəştli satışa çıxarılan səhmlərin əmək kollektivinin güzəştli satışda iştirak etməmiş və qismən iştirak etmiş üzvlərinin sayına mütənasib hissəsi (bütünlükdə əmək kollektivi üzvləri və onlara bərabər tutulan şəxslər güzəştli satışdan imtina etdiyi halda səhmlərin hamısı) Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir;
    müəssisənin özəlləşdirmə komissiyasının təqdim etdiyi sənədlər əsasında güzəştli satışın yekunlarını təsdiq etmək üçün həmin satışda iştirak etmiş şəxslərin ümumi yığıncağı keçirilir və yığıncağın protokolu Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir;
    Güzəştli satış başa çatdıqdan sonra özəlləşdirmə komissiyası bu haqda protokol tərtib edir. Protokolda güzəştli satışın keçirilməsi müddəti, bir səhmin nominal dəyəri, səhmlərin ümumi sayı, güzəştli satışda iştirak edən iştirakçıların siyahısı və onların hər birinə düşən səhmlərin sayı, güzəştli satışa çıxarılan və satılmayan səhmlərin sayı və nominal dəyəri haqqında məlumat əks olunur. Protokol komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi təsdiq edilmiş güzəştli satışın yekunu haqqında protokolun əsasında işçilərə müvafiq sayda səhmlərə mülkiyyət hüququnu təsdiq edən bildiriş verir.
    Bildirişə əsasən Milli Depozit Mərkəzi müvafiq sayda səhmlərə mülkiyyət hüququnu təsdiq edən, səhmdar cəmiyyətin reyestrindən çıxarışı səhmdarlara verir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message