Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ali dini təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət ali dini təhsil müəssisələrinə lisenziya verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  • Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Lisenziyanın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 iş günü
Ödənişsiz :
Rüsum : 13750 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə dövlət rüsumunun 50 faizi ödənilir.
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.5.8-ci və 23-cü maddələri.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 10:00 10:00
İşin sona çatma vaxtı : 20:00 17:00
Fasilənin başlama vaxtı : 00:00 00:00
Fasilənin sona çatma vaxtı : 00:00 00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Kağız daşıyıcıda
hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və nümayəndəliyinin hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti
- Kağız daşıyıcıda
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Kağız daşıyıcıda
VƏ YA
dini təhsil müəssisələri tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi
- Kağız daşıyıcıda
VƏ YA
ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti
- Kağız daşıyıcıda
təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat
- Kağız daşıyıcıda
təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat (texniki təminat vasitələri, proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.)
- Kağız daşıyıcıda
dövlət rüsumunun ödənilməsi haqqında sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir)
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Lisenziya almaq üçün xidmət istifadəçisi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinə gələrək müvafiq ərizə formasını doldurur və ərizəyə əlavə olunan sənədləri təqdim edir. Ərizə və ona əlavə edilən sənədlər "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən qəbul edilir və qeydə alınır.
    Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması üçün məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziya verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırmadıqda İqtisadiyat Nazirliyi ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar ərizə ilə müvafiq “ASAN xidmət” mərkəzləri vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.
    Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə yaxud aşkar olunmuş çatışmazlıqlar yuxarıda qeyd olunan müddətdə aradan qaldırdıqda, İqtisadiyyat Nazirliyi fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq lisenziyanın verilməsi ilə bağlı müvafiq rəy alınması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edir. Həmin müraciətə 7 iş günü müddətində baxılaraq cavab verilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə və ya rəy əsaslandırılmadıqda müsbət rəy verilmiş hesab olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəy verməsi üçün müəyyən olunan müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.
    Eyni zamanda İqtisadiyyat Nazirliyi lisenziya verilməsi ilə əlaqədar faktiki hallarla bağlı sualları izah etmək üçün "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq ekspert və ya mütəxəssis cəlb edə bilər. Ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət edildikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Həmin müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.
    İqtisadiyyat Nazirliyi fəaliyyət növünün həyata keçirilməsi ilə bağlı obyektin lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir.
    İqtisadiyyat Nazirliyi ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumunun ödənilməsi tələb olunduğu halda lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsi vəzifəsi barədə ərizəçiyə şifahi və ya məktub vasitəsi ilə məlumat verilir. Dövlət rüsumu İqtisadiyat Nazirliyinin verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq “ASAN xidmət” mərkəzi vasitəsilə İqtisadiyat Nazirliyinə təqdim olunur. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd İqtisadiyat Nazirliyinə təqdim edilmədikdə, lisenziya İqtisadiyat Nazirliyi tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
    Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.
    Lisenziya verilməsinən imtina olunduğu təqdirdə İqtisadiyat Nazirliyi lisenziya verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər lisenziyanın verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
    İstifadəçilər inzibati qaydada verdiyi şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verə bilər. İstifadəçi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi


Ünvan: place Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84
Telefon: (012) 493-8867
Faks: (012) 492-5895
E-poçt: office@economy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.economy.gov.az
VÖEN: 1700012751
Ödəmə rekvizitləri: Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİKT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Fasilə 13:00-14:00-dək.
message