Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikası vətəndaşlığından çıxması


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında vətəndaşlığına xitam verilməsi və ya vətəndaşlığa xitam verilməsindən imtina edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və müvafiq Regional Miqrasiya İdarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi ( Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam verilir)və Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsindən imtina edilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 6 ayadək 6 ay
Ödənişsiz :
Rüsum : 400 USD 110 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Azərbaycan Respublikasında və ya Azarbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumu.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 16.2.2-ci maddəsi Vətəndaşlıq haqqında Azərbaycan Respublikasının qanunveriliciyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarından ibarətdir Azərbaycan Respublikasının rüsum haqqında qanunun 14-cü maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və müvafiq regional idarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Kağız daşıyıcıda
4 ədəd 3x4 sm ölçüdə fotoşəkil
- Kağız daşıyıcıda
Dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması barədə müvafiq sənədlər
- Kağız daşıyıcıda
Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər.
    Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Milli Təhlükəsizlik Nazirliyinə göndərir. Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir.
    Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.
    Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.
    Azərbaycan Respublikası vətəndaşlığa xitam verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Dövlət Miqrasiya Xidmətinə, Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verir. Eyni zamanda, Daxili İşlər Nazirliyi və ya Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.
    Azərbaycan Respublikasının vətəndaşlığına xitam məsələləri ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.
    "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti


Ünvan: place AZ-1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202
Telefon: Çağrı Mərkəzi: (+994 12) 919 Tel: (+994 12) 565 61 18 (+994 12) 565 61 19 (+994 12) 565 61 20 (+994 12) 565 61 21 (+994 12) 565 61 22
Faks: (+994 12) 562 37 02
E-poçt: info@migration.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.migration.gov.az
VÖEN: 1700760271
Ödəmə rekvizitləri: Dövlət Miqrasiya Xidmətinin xeyrinə ödənilən dövlət rüsumlarının bank rekvizitləri:
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti
Hesab: AZ17CTRE00000000000002117131
VÖEN: 1602473621
Büdcə təsnifatının kodu: 142233 (MYİ, DYİ vəsiqələri və MOM qərarları və Qaçqın vəsiqəsi)
142234 (Vətəndaşlığa qəbul və bərpa , vətəndaşlıqdan çıxma)
142274 (İş icazələri)
Büdcə səviyyəsinin kodu: 1


Dövlət Miqrasiya Xidmətinə ödənilən cərimə ödənişlərinin bank rekvizitləri:
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Dövlət Miqrasiya Xidməti
Hesab: AZ58CTRE00000000000004518501
VÖEN: 1700760271
Büdcə təsnifatının kodu: 143170
Büdcə səviyyəsinin kodu: 7


Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin ödəmə rekvizitləri;
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Hesab: AZ40CTRE00000000000004878501
VÖEN: 1701393691
Büdcə təsnifatının kodu: 142233 (MYİ, DYİ vəsiqələri və MOM qərarları və Qaçqın vəsiqəsi)
142234 (Vətəndaşlığa qəbul və bərpa , vətəndaşlıqdan çıxma)
142274 (İş icazələri)
Büdcə səviyyəsinin kodu: 7


Digər ödənişlərin bank rekvizitləri;
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Dövlət Miqrasiya Xidməti
Hesab: AZ38CTRE00000000000004518570
VÖEN: 1700760271
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5 günləri, 09:00:00-18:00:00 919-Miqrasiya Məlumat Mərkəzi.
message