Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması fəaliyyətinə lisenziya verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına lisenziya verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  • Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Lisenziyanın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 iş günü
Ödənişsiz :
Rüsum : 250 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.8-ci və 23-cü maddələri.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri Elektron qaydada həftənin bütün günləri 00:00:00 - 00:00:0
İşin başlama vaxtı : 09:00 09:00
İşin sona çatma vaxtı : 17:00 19:00
Fasilənin başlama vaxtı : 00:00 00:00
Fasilənin sona çatma vaxtı : 00:00 00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binası;
    “Lisenziyalar və icazələr” portalı - www.lisenziya.gov.az
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Elektron və ya kağız formada
ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
- Elektron və ya kağız formada
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
- Elektron və ya kağız formada
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Elektron və ya kağız formada
İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi (hər işçi üzrə)
- Kağız daşıyıcılarda və ya sənədin skan olunmuş surətinin sistemə daxil edilməsi ilə
lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti (hər işçi üzrə)
- Kağız daşıyıcılarda və ya sənədin skan olunmuş surətinin sistemə daxil edilməsi ilə
lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı
- Elektron və ya kağız formada
daşınacaq təhlükəli yüklərin siyahısı
- Elektron və ya kağız formada
təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri üçün yuyucu, buxarlayıcı, deqazasiya məntəqələri və onların texniki təchizatı vasitələrinə malik olmalarını təsdiq edən sənəd
- Kağız daşıyıcılarda və ya sənədin skan olunmuş surətinin sistemə daxil edilməsi ilə
nəqliyyat vasitələrinin modeli və texniki göstəriciləri haqqında məlumat
- Elektron və ya kağız formada
nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnaməsinin surəti
- Kağız daşıyıcılarda və ya sənədin skan olunmuş surətinin sistemə daxil edilməsi ilə
qəzanın aradan qaldırılması planı daxil olmaqla, qəzaya qarşı kompleks tədbirlərin yerinə yetirilməsi hazırlığı barədə məlumat
- Elektron və ya kağız formada
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Lisenziyanın verilməsindən imtina edilmədikdə təqdim edilir)
- Elektron və ya kağız formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • “ASAN xidmət” mərkəzləri vasitəsilə müraciət edildikdə:
    Lisenziya almaq üçün xidmət istifadəçisi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinə gələrək müvafiq ərizə formasını doldurur və ərizəyə əlavə olunan sənədləri təqdim edir. Ərizə və ona əlavə edilən sənədlər "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən qəbul edilir və qeydə alınır.
    Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması üçün məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziya verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırmadıqda İqtisadiyyat Nazirliyi ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar ərizə ilə müvafiq “ASAN xidmət” mərkəzləri vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.
    Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə yaxud aşkar olunmuş çatışmazlıqlar yuxarıda qeyd olunan müddətdə aradan qaldırdıqda, İqtisadiyyat Nazirliyi fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq lisenziyanın verilməsi ilə bağlı müvafiq rəy alınması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət edir. Həmin müraciətə 7 iş günü müddətində baxılaraq cavab verilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə və ya rəy əsaslandırılmadıqda müsbət rəy verilmiş hesab olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəy verməsi üçün müəyyən olunan müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.
    Eyni zamanda İqtisadiyyat Nazirliyi lisenziya verilməsi ilə əlaqədar faktiki hallarla bağlı sualları izah etmək üçün "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq ekspert və ya mütəxəssis cəlb edə bilər. Ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət edildikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Həmin müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.
    İqtisadiyyat Nazirliyi ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumunun ödənilməsi tələb olunduğu halda lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsi vəzifəsi barədə ərizəçiyə şifahi və ya məktub vasitəsi ilə məlumat verilir. Dövlət rüsumu İqtisadiyyat Nazirliyinin verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq “ASAN xidmət” mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə təqdim olunur. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd İqtisadiyyat Nazirliyinə təqdim edilmədikdə, lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
    Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.
    Lisenziya verilməsindən imtina olunduğu təqdirdə İqtisadiyyat Nazirliyi lisenziya verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

    “Lisenziyalar və icazələr” portalı vasitəsilə müraciət edildikdə:
    İstifadəçi əvvəlcə “www.lisenziya.gov.az” ünvanına daxil olaraq gücləndirilmiş elektron imzası vasitəsilə “Lisenziyalar və icazələr” portalında qeydiyyatdan keçir, elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir.
    Açılan ərizə pəncərəsində tələb edilən məlumatlar “Lisenziyalar və icazələr” portalı tərəfindən müvafiq informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmazsa, müvafiq sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.
    Sistem məlumatların tamlığını yoxlayır və təsdiq etdikdən sonra məlumatlar istifadəçi tərəfindən göndərilir.
    Müraciət “Lisenziyalar və icazələr” portalında real vaxt rejimində qeydiyyata alınır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.
    Elektron qaydada tərtib olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, lisenziya verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, İqtisadiyyat Nazirliyi 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına, həmçinin mobil nömrəsinə məlumat göndərir. İstifadəçinin elektron kabinetinə göndərilən məlumat İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.
    İstifadəçi həmin çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırdıqda, bunu təsdiq edən məlumatları (sənədləri) “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə göndərir. Çatışmazlıqların aradan qaldırılması barədə məlumatı istifadəçi gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.
    Çatışmazlıqların aradan qaldırılması barədə məlumat “Lisenziyalar və icazələr” portalında qeydiyyata alındıqdan sonra istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bu barədə real vaxt rejimində bildiriş göndərilir.
    İstifadəçi çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırmadıqda, İqtisadiyyat Nazirliyi ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına, həmçinin mobil nömrəsinə məlumat göndərir. İstifadəçinin elektron kabinetinə göndərilən məlumat İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.
    Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə yaxud aşkar olunmuş çatışmazlıqlar yuxarıda qeyd olunan müddətdə aradan qaldırdıqda, İqtisadiyyat Nazirliyi lisenziyanın verilməsi ilə bağlı müvafiq rəyin alınması üçün “Lisenziyalar və icazələr” portalı vasitəsilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir.
    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həmin müraciətə 7 iş günü müddətində baxılaraq “Lisenziyalar və icazələr” portalı vasitəsilə cavab verilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər.
    Lisenziya verilməsi üçün daxil olmuş ərizəyə əlavə edilmiş sənədlərin həqiqiliyinə və onlardakı məlumatların doğruluğuna əsaslı şübhələr yarandıqda, İqtisadiyyat Nazirliyi bu cür şübhələrin aradan qaldırılması üçün aidiyyəti orqanlara və müəssisələrə “Lisenziyalar və icazələr” portalı vasitəsilə sorğu verir. Bu müddət lisenziyanın verilməsi ilə bağlı müddətə daxildir.
    Lisenziyanın verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt 10 (on) iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası təsdiq edilərək “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə göndərilir. Həmçinin bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.
    Lisenziyanın verilməsi barədə qərar qəbul edildikdə, müvafiq dövlət rüsumunun ödənilməsi barədə “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.
    İstifadəçi tələb olunan dövlət rüsumunu onun elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilmiş bildirişdə göstərilən qaydada ödəyir. Lisenziyanın verilməsi üçün tələb olunan dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr” portalı vasitəsilə təsdiq olunur və istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bu barədə real vaxt rejimində məlumat ötürülür.
    Dövlət rüsumunun ödənilməsi təsdiq olunduqda, lisenziya İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir. Bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir. Həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar real vaxt rejimində lisenziyaların və icazələrin vahid reyestrinə daxil edilir.
    Elektron müraciət etməkdə çətinlik çəkən istifadəçilərə müvafiq “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən zəruri köməklik, habelə məsləhət xidmətləri göstərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər lisenziyanın verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
    İstifadəçilər inzibati qaydada verdiyi şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verə bilər. İstifadəçi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi


Ünvan: place Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84
Telefon: (012) 493-8867
Faks: (012) 492-5895
E-poçt: office@economy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.economy.gov.az
VÖEN: 1700012751
Ödəmə rekvizitləri: Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİFT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Fasilə 13:00-14:00-dək.
message