Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

"Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında" sertifikatın təqdim edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikatın, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Podratçı Tərəflərarasında imzalanmış Azərbaycan sektorunda neft yataqlarının hasilatının pay bölgüsü haqqında qüvvədə olma müddəti uzadıldıqda yeni Sertifikatın verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin inzibati binası

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Sənədin əsli
Qüvvədə olma müddəti bitməmiş Sertifikat (Sertifikatı almış müəssisənin adı dəyişdirildikdə yenidən sertifikat verilərkən tələb edilir.)
- Sənədin əsli
Müəssisənin dövlət qeydiyyatı haqqında sənəd (Sertifikatı almış müəssisənin adı dəyişdirildikdə yenidən sertifikat verilərkən tələb edilir.)
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Hər hansı bir Əməliyyat şirkəti, Podratçı tərəf və onların Subpodratçılarına sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa səlahiyyət verildiyini bildirən ƏDV-dən azad olunma sertifikatı almaq üçün Vergilər Nazirliyinə ərizə ilə müraciət etməyə icazə verilir. Subpodratçının Vergilər Nazirliyinə yazdığı ərizə onunla müqavilə bağlamış Podratçı Tərəfin, Əməliyyat şirkətinin və ya onun Subpodratçılarının həmin Subpodratçı ilə mallar, işlər və xidmətlər təchiz etmək üçün müqavilə bağlandığını təsdiq edir və bundan başqa Vergilər Nazirliyi tərəfindən sertifikatın verilməsi üçün heç bir əlavə sənəd tələb edilmir. Vergilər Nazirliyi yazılı ərizənin alınmasından sonrakı otuz (30) gün ərzində Podratçı Tərəfə, Əməliyyat şirkətinə və onun Subpodratçılarına vergidən azad olunma haqqında nömrələnmiş ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma Sertifikatı və ya səbəbi göstərilməklə yazılı etiraz bildirişi verir.
    Hər bir Əməliyyat Şirkətinə və Podratçı Tərəfə verilən ƏDVdən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında sertifikat Sazişdə müəyyən edilən müddət ərzində etibarlı olur. Sazişin qüvvədə olma müddəti uzadılarsa, Vergilər Nazirliyi ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında həmin uzadılmış müddət üçün yeni Sertifikat verir. Hər bir Subpodratçıya verilən ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında sertifikat verildiyi gündən Subpodratçı ilə bağlanmış müqavilənin müddəti, lakin sertifikat verildiyi tarixdən bir (1) il artıq olmayan müddət ərzində etibarlı olur. Sertifikatın güvəyə minmə tarixi Vergilər Nazirliyinə Subpodratçının ərizəsi qeydiyyata alındığı tarix hesab edilir. Müqavilənin müddəti uzadılarsa və ya sertifikat verildiyi tarixdən bir (1) il artıq olarsa, Subpodratçı Vergilər Nazirliyinə ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında həmin uzadılmış lakin bir (1) aydan aşağı olmayan müddətə yeni Sertifikat verilməsi üçün müraciət edir. Vergilər Nazirliyi yeni ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında Sertifikatı onun təzələnməsi üçün verilmiş ərizənin alındığı gündən sonrakı otuz (30) gündən gec olmayaraq verir.
    ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma Sertifikatı almış müəssisənin adı dəyişdirildikdə müəssisə müvafiq qeydiyyat orqanının verdiyi sənədi və qüvvədə olma müddəti bitməmiş Sertifikatın əslini Vergilər Nazirliyinə qaytarır və köhnə Sertifikatın onun qüvvədə olma müddətinin sonunadək olan dövr üçün yeni Sertifikat ilə əvəz edilməsi barədə Vergilər Nazirliyinə müraciət edir. ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma Sertifikatı almış müəssisə tərəfindən bu Sertifikat itirildikdə Sertifikat təqdim edən vergi orqanına bu Sertifikatın surətləri təqdim
    edilmiş müəssisələrin adları göstərilməklə bu barədə dərhal məlumat verilir və Sertifikatın etibarsız hesab edilməsi barədə mətbuat orqanına müraciət edilir. Müəssisə itirilmiş Sertifikatın qüvvədə olma müddətinin sonunadək olan dövr üzrə həmin Sertifikatın dublikatının alınması üçün Vergilər Nazirliyinə müraciət edə bilər. Karbohidrogen fəaliyyətləri bitdikdən dərhal sonra cari ƏDVdən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında sertifikat Vergilər Nazirliyinə təhvil verilir. Hər hansı bir ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifikatı istifadə üçün başqasına verilə bilməz.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli
    şəxsə) və məhkəməyə şikayət edə bilər. Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan
    qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İnzibati şikayətin forması "İnzibati icraat
    haqqında" Azərbaycan Respublikasinın Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət inzibati orqana verildikdə, şikayətə
    "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə
    verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message