Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması)


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və müvafiq Regional Miqrasiya İdarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi barədə qərar qəbul edilir Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin təmin edilməsi və ya rədd edilməsi əsaslandırılmalı və bu qərarın surəti ona verilməlidir Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 ilədək 5 ilədək
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur Rüsum yoxdur
Xidmət haqqı : Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.8.2-ci maddəsi. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.2-1-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Dövlət Miqrasiya Xidməti və ona tabe olan qurumlarda həftənin 1-5-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 6-7-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00 11:00:00 10:00:00
İşin sona çatma vaxtı : 18:00 17:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 13:00 00:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00 00:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və müvafiq regional miqrasiya idarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri (bölmələri),
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Elektron və ya kağız formada
2 ədəd 3.5x4.5 sm ölçüdə fotoşəkil
- Elektron və ya kağız formada
14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı
- Elektron və ya kağız formada
Pasportun surəti
- Elektron və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Digər sərhədkeçmə sənədinin surəti
- Elektron və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)
- Elektron və ya kağız formada
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)
- Elektron və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış)
- Elektron və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (icarə (kirayə) müqaviləsi)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (order)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd)
- Surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Dövlət rüsumunun ödənilməsi barədə sənəd (Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir)
- Elektron və ya kağız formada
Daimi yaşama icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür
- Sənədin skan edilmiş surəti
Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün)
- Elektron və ya kağız formada
Ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün)
- Elektron və ya kağız formada
Ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış
- Elektron və ya kağız formada
Nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti
- Elektron və ya kağız formada
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış
- Elektron və ya kağız formada
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla)
- Elektron və ya kağız formada
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri
- Elektron və ya kağız formada
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surəti
- Elektron və ya kağız formada
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi
- Elektron və ya kağız formada
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti
- Elektron və ya kağız formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.
    14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18 yaşı olan uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.
    Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.
    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.
    Dövlət Miqrasiya Xidməti müraciət etmiş şəxslərin sənədlərini baxılması və rəy bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərir.
    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra sənədləri Dövlət Miqrasiya Xidmətinə qaytarır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 1 ay ərzində rəy bildirməməsi daimi yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
    Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara müvafiq sorğular göndərir və rəsmi arayışlar alır.
    Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə 2 ay müddətində baxılmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq qərar qəbul edilir.
    Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin təmin edilməsi və ya rədd edilməsi əsaslandırılmalı və bu qərarın surəti ona verilməlidir.
    Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina edildikdə, imtina edildiyi gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim edilir.
    Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur.
    Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, daimi yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti


Ünvan: place AZ-1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202
Telefon: (994) 498-9464, (994) 562-5790, (994) 562 5793
Faks: (994) 562-3702
E-poçt: info@migration.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.migration.gov.az
VÖEN: 1700760271
Ödəmə rekvizitləri: Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Bakı şəhəri Vergilər Departamenti
Hesab: AZ17CTRE00000000000002117131
VÖEN: 1400305751
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 1

Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin ödəmə rekvizitləri;

Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Hesab: AZ40CTRE00000000000004878501
VÖEN: 1701393691
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 7



İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5 günləri, 09:00:00-18:00:00 919-Miqrasiya Məlumat Mərkəzi.
message