Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində (hərbi gəmi istisna olmaqla) işləmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatlarının (diplomlarının) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində gəmi heyəti üzvü vəzifəsində işləmək üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin sertifikatına (diplomuna) təsdiqnamənin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 iş günü
Ödənişsiz :
Rüsum : 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə"nin 9.2-ci bəndi; -"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.11-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
2 ədəd 3x4 sm ölçüdə ağ fonda fotoşəkil
- Sənədin əsli və ya surəti
Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qoşulduğu (tərəfdar çıxdığı) beynəlxalq müqavilələrə uyğun olaraq bağlanılması nəzərdə tutulan əmək müqaviləsinin layihəsi
- Sənədin əsli və ya surəti
"Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tələblərinə müvafiq olaraq dənizçiyə verilən sənədlərin təsdiqlənməsinə dair bu sənədləri verən dövlət tərəfindən müvafiq sənəd
- Sənədin əsli və ya surəti
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işləməsi nəzərdə tutulan gəmilərə dair Dövlət gəmi reyestrindən çıxarış
- Sənədin əsli və ya surəti
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə gəmi heyəti üzvü vəzifəsində işləmələri üçün cəlb olunması zərurətini özündə ehtiva edən əsaslandırılmış müraciət
- Sənədin əsli və ya surəti
İşə cəlb olunması nəzərdə tutulan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlıq vəziyyətinin müvafiq vəzifəni tutmağa imkan verməsini təsdiq edən tibbi sertifikat
- Sənədin əsli və ya surəti
İşə cəlb olunması nəzərdə tutulan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatları (diplomları) və xüsusi hazırlıq şəhadətnamələri
- Sənədin əsli və ya surəti
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi
- Sənədin əsli və ya surəti
VƏ YA
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti və ya daimi yaşayış üçün verilən icazə vəsiqəsi
- Sənədin əsli və ya surəti
Gəmi komandir və sıravi heyət üzvlərinə təsdiqnamələrin verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Ödənişin həyata keçirildiyini təsdiq edən sənəd xidmətin nəticəsinin əldə edilməsi zamanı digər sənədlərin əsli ilə birlikdə bilavasitə Administrasiyaya təqdim edilməlidir
- Sənədin əsli və ya surəti
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Sertifikatın (diplomun) tanınması haqqında təsdiqnamənin verilməsi "Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə"nin IX bəndinin tələblərinə uyğun həyata keçirilir.
    - Sertifikatın (diplomun) tanınması haqqında təsdiqnaməni almaq üçün gəmi sahibi tərəfindən müvafiq müraciət forması doldurularaq, tələb olunan sənədlərlə birlkdə Administrasiyaya təqdim edilir.
    - Təqdim edilən sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, aradan qaldırılması üçün gəmi sahibinə qaytarılır.
    - Administrasiyaya daxil olan sənədlər məsul şöbədə yoxlanıldıqdan sonra (çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda) dənizçinin bilik və bacarığı (kompüter vasitəsi ilə və yaxud protokol açılmaqla yazılı formada) yoxlanılaraq qiymətləndirilir.
    - Sertifikatın (diplomun) tanınması haqqında təsdiqnamə, müraciət daxil olduqdan sonra dənizçi imtahanı müvəffəqiyyətlə verdikdə 15 iş günü müddətində hazırlanır.
    - Yuxarıda qeyd olunan mərhələlər uğurla tamamlandıqdan və dənizçi tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra sertifikatın (diplomun) tanınması haqqında təsdiqnamə müvafiq qeydiyyat jurnallarında imza edilməklə sahibinə verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada Dövlət Dəniz Administrasiyasına şikayət edə bilər.
    Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Administrasiyanın poçt ünvanına, elektron şikayət isə e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
    Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası


Ünvan: place AZ1003, Bakı şəhəri, Xanlar küçəsi, 2B
Telefon: (+99412) 497 44 05
Faks: (+99412) 497 44 06
E-poçt: info@ardda.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://ardda.gov.az/
VÖEN: 1400872751
Ödəmə rekvizitləri: H/h AZ63CTRE00000000000004428201
VÖEN 1400872751
ABB Nəsimi filialı
Kodu 805614
VÖEN 9900001881
M/h AZ03NABZO1350100000000002944
S.W.I.F.T. IBAZAZ 2X
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 09:00-18:00
message