Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Daşınmaz əmlak obyektinin müayinə edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Daşınmaz əmlaka dair hazırlanmış müayinə aktı və digər texniki sənədlər verilir.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :  AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI                        QƏRAR № 4                      Bakı şəhəri,                                                                                                     2009-cu il 31 iyul    Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”  2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR: 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin aşağıdakı  tarifləri təsdiq edilsin: Sıra №-si Xidmətlərin adı Tariflər(ƏDV ilə, manatla) I. Daşınmaz əmlakın texniki inventarlaşdırılmasının  aparılması I-1. Bina, tikili və qurğuların texniki inventarlaşdırılması      1.        Çoxmərtəbəli (çoxmənzilli) yaşayış binaları -ümumi sahəsinin hər 1 m2-i üçün 0,40 2. Qeyri-yaşayış binaları (sahələri), əmlak kompleksi kimi müəssisələr və müəssisə filialları   2.1 - ümumi sahəsi 50 m2-ə qədər olduqda 50,0 2.2 - ümumi sahəsi 50 m2-dən 100 m2-ə qədər olduqda 50 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə  1,40  2.3 - ümumi sahəsi 100 m2-dən 200 m2-ə qədər olduqda 100 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə 1,0 2.4 -ümumi sahəsi 200 m2-dən 300 m2-ə qədər olduqda 200 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə 0,95 2.5 - ümumi sahəsi 300 m2 -dən 400 m2-ə qədər olduqda 300 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə 0,90 2.6 - ümumi sahəsi 400 m2-dən 500 m2-ə qədər olduqda 400 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə 0,85 2.7 - ümumi sahəsi 500 m2-dən 600 m2-ə qədər olduqda 500 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə 0,80 2.8 - ümumi sahəsi 600 m2-dən 700 m2-ə qədər olduqda 600 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə 0,75 2.9 - ümumi sahəsi 700 m2-dən 800 m2-ə qədər olduqda 700 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə 0,70 2.10 - ümumi sahəsi 800 m2-dən 900 m2-ə qədər olduqda 800 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə 0,65 2.11 - ümumi sahəsi 900 m2-dən 1000 m2-ə qədər olduqda 900 m2- dən çox olan hər 1 m2 sahə üçün əlavə 0,60 2.12 - ümumi sahəsi 1000 m2-dən çox olduqda  artıq olan hər 1 m2sahə üçün əlavə 0,30 3. Qurğular   3.1 - yerləşdiyi torpaq sahəsi 100 m2-ə qədər olduqda 30,0 3.2 - yerləşdiyi torpaq sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə 0,20 4. Mənzillər   4.1 -ümumi sahəsi 50 m2-ə qədər olduqda 12,0 4.2 -ümumi sahəsi 50 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə 0,20 5. Fərdi yaşayış və bağ evləri   5.1 - ümumi sahəsi 100 m2-ə qədər olduqda 22,0 5.2 - ümumi sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2sahə üçün əlavə 0,20 6. Kommunikasiyalar:   6.1 - yerüstü kommunikasiyaların hər 1 km-i üçün 50,0 6.2 - yeraltı kommunikasiyalar yerüstünün hər 1 km-nə əlavə olaraq    20,0 I-2. Torpaq sahələrinin inventarlaşdırılması 1. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri     1.1 - 1 ha-ya qədər olduqda 18,0 1.2 - 1 ha-dan çox olduqda artıq hər 1 ha sahə üçün əlavə 12,0 2. Həyətyanı və bağ sahəsi torpaqları    2.1 -0,12  ha-ya qədər olduqda 12,0 2.2 -0,12  ha-dan çox olduqda artıq hər 0,01 ha sahə üçün əlavə 1,0 3. Digər təyinatlı torpaq sahələri      3.1 - sahəsi 0,01 ha-ya qədər olduqda 60,0    3.2 - sahəsi 0,01 ha-dan 0,10 ha-ya qədər olduqda 0,01 ha-dan çox olan hər 0,01 ha üçün əlavə 7,0    3.3 - sahəsi 0,10 ha-dan 0,50 ha-ya qədər olduqda 0,10 ha-dan çox olan hər 0,01 ha üçün əlavə 5,0    3.4 - sahəsi 0,50 ha-dan 1 ha-ya qədər olduqda 0,50 ha-dan çox olan hər 0,01 ha üçün əlavə 3,0    3.5 - sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,01 ha üçün əlavə 2,0     4. Su obyektləri (su tutarları)      4.1 - yerləşdiyi torpaq sahəsi 1 ha-ya qədər olduqda 60,0    4.2 - yerləşdiyi torpaq sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,1 ha sahə üçün əlavə 1,0     5. Meşələr   5.1 - sahəsi 1 ha-ya qədər olduqda 60,0 5.2 - sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,1 ha sahə üçün əlavə 4,0 6. Çoxillik əkmələr    6.1 -1 ha-ya qədər olduqda 30,0 6.2 - sahəsi 1 ha-dan çox olduqda artıq hər 1 ha sahə üçün əlavə 15,0 7. Yer təki sahələri yerləşdiyi torpağın hər 0,1 ha sahəsi üçün  50,0 II. Daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi 20,0 III.  Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla) 10,0 IV. Hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması 20,0 V. Daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi 20,0 VI. Daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatların verilməsi 10,0 VII. Daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsi (obyektə yerində baxış keçirilməsi) (bu bölmənin xidmət haqqı I bölməyə müvafiq hesablanmış tariflərə layihə-smeta sənədlərində nəzərdə tutulmuş tikinti (qurğu) işlərinin faktiki yerinə yetirilmə faizinə uyğun əmsal tətbiq edilməklə hesablanır). VIII. Daşınmaz əmlakın inventar dəyərinin hesablanması (bu bölmənin xidmət haqlarının tarifləri I bölmənin müvafiq bəndlərinin tariflərinə 0,2 əmsal tətbiq etməklə hesablanır). IX. Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması (bu bölmənin xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsal tətbiq edilməklə, lakin minimum məbləğ 14,0 manatdan az olmamaqla hesablanır) (baş vermiş dəyişikliklər 30 %-dən çox olduğu hal istisna olmaqla). X. Daşınmaz əmlakın bazar qiymətlərinin hesablanması və arayışların verilməsi (bu bölmənin xidmət haqqı müqavilə qiyməti ilə müəyyən edilir). Qeyd 1. Göstərilən xidmətlər sifarişçinin müraciəti əsasında qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə), müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3, 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda 1,5 əmsalı tətbiq edilir. Qeyd 2. Daşınmaz əmlak obyektinin texniki inventarlaşması halında VII bölmə üzrə müəyyən edilmiş tariflər tətbiq edilmir.2. Bu qərar 2009-cu il 03 avqust tarixindən qüvvəyə minir.       Azərbaycan Respublikası   Tarif (qiymət) Şurasının sədri                                                                               Şahin Mustafayev
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli Qərarının VII bölməsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 2-6-cı günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə (Hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhrlə təsdiq edilir)
- Sənədin əsli
Torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə
- Sənədin əsli
Yaşayış evinin istismara qəbul aktı
- Sənədin əsli
Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə -
-
Torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə -
-
Torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə
- Sənədin əsli
Yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə
- Sənədin əsli
Yerli icra hakimiyyəti orqanlarının tikilinin inşa edilməsinə icazə barədə qərarı
- Sənədin əsli
Tikilinin istismara qəbul aktı
- Sənədin əsli
Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün -
-
Torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Tikintiyə icazə verilməsi barədə qərar
- Sənədin əsli
Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi
- Sənədin əsli
Hüquqi şəxsin dövlət reyestrindən çıxarış
- Sənədin əsli
Tikinti obyektinin istismarına icazə
- Sənədin əsli
Məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün -
-
Torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd
- Sənədin əsli
Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi
- Sənədin əsli
Sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra yerli icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd
- Sənədin əsli
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair
-
VƏ YA
Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar
- Sənədin əsli
Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol
- Sənədin əsli
Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr
- Sənədin əsli
Fiziki şəxsin şəxsiyyət vəsiqəsi
- Sənədin əsli
Qanuni qüvvəyə minmiş məhkəmə qərarları
- Sənədin əsli
Daşınmaz əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamə
- Sənədin əsli
Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə
- Sənədin əsli
Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamə
- Sənədin əsli
Mənzil sertifikatı
- Sənədin əsli
2006-cı il iyulun 6-dək Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqəsi
- Sənədin əsli
2006-cı il iyulun 6-dək Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar
- Sənədin əsli
Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə)
- Sənədin əsli
2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış
- Sənədin əsli
Dövlət və bələdiyyə orqanının əsasnaməsinin rekvizitləri
- Sənədin əsli
2007- ci il mayın 22-dək bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri
- Sənədin əsli
2007- ci il mayın 22-dək bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar
- Sənədin əsli
2007- ci il mayın 22-dək bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər
- Sənədin əsli
2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası
- Sənədin əsli
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı
- Sənədin əsli
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı
- Sənədin əsli
VƏ YA
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order
- Sənədin əsli
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair mənzil kirayəsi müqaviləsi
- Sənədin əsli
Mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma)
- Sənədin əsli
2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamə
- Sənədin əsli
Mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi
- Sənədin əsli
Dövlət və bələdiyyə orqanının nizamnaməsinin rekvizitləri
- Sənədin əsli
Yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri
- Sənədin əsli
Yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri
- Sənədin əsli
Şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı
- Sənədin əsli
Kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları
- Sənədin əsli
Tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr
- Sənədin əsli
Şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr
- Sənədin əsli
Yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları
- Sənədin əsli
Yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd
- Sənədin əsli
Ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə)
- Sənədin əsli
Ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı
- Sənədin əsli
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair
-
Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar
- Sənədin əsli
Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:
-
Şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı
- Sənədin əsli
Şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə
- Sənədin əsli
Şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar
- Sənədin əsli
kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış
- Sənədin əsli
üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)
- Sənədin əsli
Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı
- Sənədin əsli
Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri
- Sənədin əsli
fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar
- Sənədin əsli
Hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə -
-
icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə -
-
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Xidmətin göstərilməsindən imtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə Xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Onlar 1 (bir) iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra onlara 1 (bir) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra ərazi idarəsinin mühəndis-inventarlaşdırıcısı tərəfindən arxivdə yoxlama, sahə işi, kameral nəzarət həyata keçirilərək daşınmaz əmlaka dair hazırlanmış texniki sənədlər poçt vasitəsilə və ya birbaşa istifadəçiyə təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message