Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Su nümunələrinin yoxlanılmasına dair müraciət


Dövlət orqanı :
  • Azərsu ASC
Xidmətin məzmunu :
  • Fiziki və hüquqi şəxslərin içməli su, üzgüçülük-hovuz suyu, isitmə sistemlərində istifadə olunan su, suvarmada istifadə olunan su və tullantı su nümunələrinin yoxlanılması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Elektron və ya kağız sənədləşmə formalarında
  • Vətəndaşın müraciəti əsasında səyyar xidmətin təşkili
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Analiz nəticəsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 7 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmətin tarifləri 01.12.2015 tarixində təsdiqlənmiş ““Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası tərəfindən aparılan içməli və tullantı su analizlərinin bir analiz üçün müvəqqəti tarifləri” cədvəlində əks olunmuşdur
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Hüquqi şəxslər üçün - Bazar ertəsi - cümə günləri Fiziki şəxslər üçün - bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00 09:00
İşin sona çatma vaxtı : 17:00 16:00
Fasilənin başlama vaxtı : 13:00 13:00
Fasilənin sona çatma vaxtı : 14:00 14:00
Xidmətin göstərilmə yeri :
  • “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
- Kağız və ya elektron formada
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
- Kağız və ya elektron formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Sifarişçi Mərkəzi Laboratorayaya yaxınlaşaraq yoxlanılması üçün nümunəni təqdim edir və nümunənin götürülmə tarixi və vaxtını bəyan edir. Hüquqi şəxslərdə sifarişçinin tələbindən asılı olaraq su nümunəsi laboratoriya personalı və yaxud özü tərəfindən götürülə bilər. Elektron xidmət vasitəsilə müraciət zamanı su nümunəsi laboratoriya personalı tərəfindən götürülür. Sifarişçi tərəfindən təqdim edilən nümunənin analiz üçün uyğunluğunu yoxlamaq üçün qablaşmasına baxılır.
    Nümunə yoxlanılmaq üçün uyğundursa fiziki şəxslərdən səxsiyyət vəsiqəsini, hüquqi şəxslərdən şirkət rekvizitlərini təqdim etməsi istənilir. Sifarişin məqsədinə uyğun olaraq analiz olunacaq parametrlər təyin olunur və paramtrlərin məbləği, tərəflərin rekvizitləri göstərilən rekvizit sənədi hazırlanır. Hüquqi şəxslərə “Qiymət təklifi” sənədi təqdim olunur.
    Sifarişçi tərəfindən xidmətin dəyərinin ödənilməsinə razılıq verildikdən sonra qarşılıqlı müqavilə bağlanılır, analiz sifariş forması, əlavə, nümunə götürülmə forması hazırlanır. Sifarişçi sənədlərdə əlaqə vasitələrini qeyd edərək sənədləri imzalamalıdır.
    Sifarişçi ancaq Beynəlxalq bankda rekvizit sənədini təqdim edərək ödəniş etməlidir. Ödəniş qəbzi laboratoriyaya təqdim olunmalıdır. Su nümunəsi seçilən parametrlər üzrə analiz olunmaq üçün laboratoriyanın uyğun şöbələrinə təqdim edilir. Nümunə üzrə yoxlamalar bitdikdən sonra analiz nəticəsi sifarişçiyə kağız daşıyıcıda və elektron formada təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar və qarşılıqlı razılaşma yolu ilə həll olunur. Qarşılıqlı razılaşma eldə etmək mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəmə qaydasında həll olunur.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərsu ASC


Ünvan: place Moskva prospekti 67, AZ 1012 Bakı,
Telefon: (+99412) 431-47-67/87
Faks: (+99412) 430-28-87
E-poçt: office@azersu.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.azersu.az/
VÖEN: 9900001751
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message