Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi
Xidmətin məzmunu :
  • Bu xidmət müəlliflik hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı haqqında Şəhadətnamənin verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Əsərlərin qeydiyyatı və hüquq şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müəlliflik hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı haqqında Şəhadətnamənin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 iş günü
Rüsum : 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Hüquqi şəxslər üçün (şəxsən və ya poçt xidməti vasitəsilə edilən müraciətlər)
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Qanunun 18.64.1-ci maddəsi
Müddət (Məbləğ) : 15 iş günü
Rüsum : 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Hüquqi şəxslər üçün (elektron xidmət vasitəsilə edilən müraciətlər)
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Qanunun 18.64.1-ci maddəsi
Müddət (Məbləğ) : 30 iş günü
Rüsum : 10 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Fiziki şəxslər üçün (şəxsən və ya poçt xidməti vasitəsilə edilən müraciətlər)
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Qanunun 18.64.1-ci maddəsi
Müddət (Məbləğ) : 15 iş günü
Rüsum : 10 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Fiziki şəxslər üçün (elektron xidmət vasitəsilə edilən müraciətlər)
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Qanunun 18.64.1-ci maddəsi
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri. Real vaxt rejimi:
İşin başlama vaxtı : 00:00:00 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Məlumat toplusu
- Elektron variantı ( elektron müraciət edildikdə xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli və elektron variantı (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarış
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Məlumat toplusundan istifadəyə müstəsna hüquqların verilməsi barədə müəllif müqaviləsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Hüquqlar vərəsəlik qaydasında keçmişdirsə, vərəsəlik haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Məlumat toplusundan istifadəyə müstəsna hüquqların verilməsi haqqında müəllifin (hüquq sahibinin) imzası notarial qaydada təsdiq edilməklə razılıq məktubu
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Sənədlər təmsilçi vasitəsilə təqdim edildikdə, təmsilçiliyi təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə Müəllif Hüquqları Agentliyinin rəsmi internet informasiya ehtiyatlarına müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və Əsərlərin qeydiyyatı və hüquq şöbəsinə icra edilməsi üçün göndərilir.

    Elektron xidmət vasitəsilə edilən müraciətlər:

    Şöbədə 3 iş günü ərzində araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildiyi halda, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə (sifarişçiyə) elektron poçtla dərhal bildiriş göndərilir. Göstərilən müddət ərzində çatışmazlıqlar aradan qaldırıldıqdan sonra İstifadəçi sənədlərin düzəlişlər edilmiş variantını və ya əvvəl göndərilməmiş sənədi (sənədləri) təkrar olaraq Agentliyin elektron xidmətlər bölməsinə göndərir. Çatışmazlıqlar müəyyən edilmədikdə sorğu icra üçün qəbul olunur və müəlliflik hüququ ilə qorunan məlumat toplusu 5 iş günü müddətində qeydiyyatdan keçirilir. Müəlliflik hüququ ilə qorunan məlumat toplusu qeydiyyatdan keçirildikdə hüquq sahibinə müəlliflik hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı haqqında şəhadətnamə verilir. Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsi ilə, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir.

    Şəxsən və ya poçt xidməti vasitəsilə edilən müraciətlər:


    Müəlliflik hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün Agentliyə daxil olan ərizə müvafiq qaydada qeydə alınır. Rəsmi qeydiyyat üçün tələb olunan sənədlərdə çatışmazlıqlar aşkar edildiyi halda, bu barədə ərizəçiyə məlumat verilir. Sənədlərdəki çatışmazlıqlar ərizəçi tərəfindən aradan qaldırıldıqdan sonra məlumat toplusunun rəsmi qeydiyyatı ilə əlaqədar təqdim edilmiş sənədlər müvafiq qaydada baxılmaq üçün qəbul edilir və sifarişçinin tələbi ilə bu barədə ona müvafiq arayış verilir. Qeydiyyat üçün tələb olunan sənədlər tam təqdim edildikdən sonra həmin sənədlərə Agentlikdə bir ay müddətində baxılır. Sənədlər "Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları"nın, "Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları"nın, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" və "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğundursa, müəlliflik hüququ ilə qorunan məlumat toplusu Agentlikdə qeydiyyata alınır və müəllifə (hüquq sahibinə) müəlliflik hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı haqqında şəhadətnamə verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi


Ünvan: place Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli 84, Hökumət Evi, giriş 5, mər. 1.
Telefon: (012) 493-39-44
Faks: (012) 498-10-28
E-poçt: mha@copag.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://copag.az/
VÖEN: 1700451171
Ödəmə rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h
AZ85NABZ01360100000003003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: 1-5 günlər iş vaxtı: 09.00-18.00 fasilə vaxtı: 13.00-14.00
message