Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Sənaye qaz qurğusunun istismarına icazə


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Energetika Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" Publik Hüquqi Şəxs
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Xüsusi icazənin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 7 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Sənədin surəti (elektron və ya kağız formada)
Energetika Nazirliyi tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat
- Sənədin surəti (elektron və ya kağız formada)
VƏ YA
qaz paylayıcısı tərəfindən verilmiş texniki şərt
- Sənədin surəti (elektron və ya kağız formada)
VƏ YA
tikinti-quraşdırma işlərini aparmış ixtisaslaşdırılmış müəssisə və ya qaz paylayıcısı ilə sifarişçi arasında təhvil-təslim aktı
- Sənədin surəti (elektron və ya kağız formada)
VƏ YA
buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt
- Sənədin surəti (elektron və ya kağız formada)
VƏ YA
qaz təchizatı layihəsi
- Sənədin surəti (elektron və ya kağız formada)
Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış
- Sənədin surəti (elektron və ya kağız formada)
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
- Sənədin surəti (elektron və ya kağız formada)
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Sənədin surəti (elektron və ya kağız formada)
ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa)
- Sənədin surəti (elektron və ya kağız formada)
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ərizəçi icazənin alınması üçün icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Yəni ərizə ərizəçi tərəfindən icazə verən orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Ərizə yazılı formada tərtib olunmalıdır. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
    1. ərizəçinin müraciət etdiyi icazə verən orqanın adı;
    2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
    3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
    4. tələbin qısa məzmunu;
    5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
    6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
    7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
    Ərizəyə göstərilən sənədlər qoşma kimi əlavə edilir (icazə verən orqanın özü həmin sənədlər barədə məlumatları əldə edə bilmədikdə). Ərizə yuxarıdakı tələblərə cavab vermədikdə, icazə verən orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.
    İcazə verən orqan sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.
    Ərizə icazə verən orqan tərəfindən qəbul edilir və qeydiyyata alınır. İcazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
    Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
    Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində göstərilən müddətdə aradan qaldırmadıqda icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
    Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazənin alınması üçün təkrar ərizə ilə icazə verən orqana müraciət edə bilər.
    İcazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən yuxarıda qeyd olunan müddətdən gec olmayaraq icazəni verir (müqaviləni imzalayır və ya ərizəçiyə münasibətdə tələb olunan hər hansı digər hərəkəti edir) və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
    İcazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən icazə imzalanır və möhürlə təsdiq edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati qaydada şikayət birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə şikayət instansiyasına təqdim edilir. İnzibati orqan 3 gün müddətində həmin şikayəti şikayət instansiyasına göndərməyə borcludur.
    İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.

    İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:
    1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
    2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
    3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
    4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
    5. şikayətin tərtib edildiyi tarix;
    6. şikayəti verən şəxsin imzası.
    İnzibati şikayət bu formal tələblərə cavab vermədikdə, inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini şikayətçiyə izah edir.
    Şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Şikayət instansiyası tərəfindən bu 1 ay müddətində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
    Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz.

    İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası aşağıdakı qərarlardan birini qəbul edir:
    1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya
    2. inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya
    3. inzibati aktı dəyişdirir;
    4. inzibati şikayət inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Energetika Nazirliyi


Ünvan: place Heydər Əliyev prospekti 152, "Çinar Plaza" İş Mərkəzi, AZ1029
Telefon: (+99412) 598-16-53/54/55
Faks: (+99412) 598-16-78
E-poçt: minenergy@minenergy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: minenergy.gov.az
VÖEN: 1300087531
Ödəmə rekvizitləri: Azərbaycan Respublikasının Energetika Nazirliyi
VÖEN: 1300087531
9 saylı Xəzinədarlıq idarəsi
H\H SAB 311365 AZN 320101
ABB-nın Sebail filialı
KOD: 805551
VÖEN: 9900001881
M\H 0137010002944
SWIFT: IBAZAZ 2X
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftə içi 5 gün daxil olmaqla saat 09:00-dan 18:00-dək.
message