Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət dövlət və ya bələdiyyə torpaqları üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Hərracların Təşkili üzrə Auksion Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • KİV-də məlumatın verilməsi
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı şəhadətnamənin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 20 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 96-cı maddəsinin 7-ci hissəsinə əsasən torpaq sahələri hərrac (və ya müsabiqə) vasitəsilə satıldıqda ilkin qiymət (qiymət) mülkiyyətçilərlə satışın təşkilatçıları arasında razılaşma əsasında müəyyən edilir. - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü hissəsinə əsasən hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 96-cı maddəsinin 7-ci hissəsi; - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü hissəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bildirişdə qeyd edilən müddət
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Təşkilatçı tərəfindən hazırlanan müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişdə qeyd edilən yer
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə (ərizəçinin rekvizitləri qeyd edilir)
- Sənədin əsli
Möhürlü zərfdə təklif (müsabiqə keçirilən hallarda)
- Sənədin əsli
Ərizə verilən zaman ərizəçinin adından çıxış etməyə vəkil edilmiş şəxsin adına etibarnamə
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin tələblərə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri, müsabiqə və ya hərracda iştirak edənlərin siyahısı protokolla rəsmiləşdirir. Bu protokolda ərizəçilərin adı göstərilməklə qəbul edilmiş və geri götürülmüş ərizələr, müsabiqə və ya hərracda iştirak edən şəxslər, həmçinin müsabiqə və ya hərracda iştiraka buraxılmayan ərizəçilər (buraxılmamağın səbəbi göstərilməklə) qeyd edilir.

    Müsabiqələrin keçirilməsi zamanı - Ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı ldə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər. Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqı-satqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Təkliflər bərabər olduqda "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsinə əsasən bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə, müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Bərabər təkliflər verən iddiaçıların üstünlük hüququ olmadıqda müsabiqə komissiyası iddiaçılara və ya ən azı ikisinin üstünlük hüququ olduqda onlara oradaca əlavə təklif hazırlamaq tapşırır. Əlavə təklif verməkdən imtina edən iddiaçı müsabiqəni uduzmuş sayılır. İki və ya daha çox iddiaçı əlavə təklif verərlərsə, müsabiqə komissiyası onları təhlil edir və müsabiqəni bitirir. Əlavə təklif yazılı ldə və gizli surətdə hazırlanır.

    Hərracların keçirilməsi zamanı - Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Hərrac aşağıdakı qayda üzrə keçirilir:
    - hərrac onun təşkilatçısının təyin etdiyi hərrac komissiyası üzvlərindən biri olan və hərracı aparan şəxs tərəfindən (bundan sonra "hərracçı") hərrac predmetinin mülkiyyətçisi və əsas xarakteristikası, ilkin qiyməti və hərrac addımı deyilməklə başlanır;
    - hərrac iştirakçılarına əvvəlcədən nömrələnmiş biletlər verilir və hərracçı növbəti qiyməti dedikdə bu cür biletləri olan iştirakçılar hərrac predmetini elan edilmiş qiymətə icarəyə götürmək istədikdə həmin biletləri qaldırırlar;
    - üstünlük hüququ olan hərrac iştirakçısı öz biletini qaldırmaqla belə hüququ olmayan digər hərrac iştirakçısı tərəfindən təklif edilən qiymətə bərabər qiymət təklif edə bilər. Üstünlük hüququ olan hərrac iştirakçılarının biletləri üstünlük hüququ olmayan hərrac iştirakçıların biletlərindən fərqlənməlidir;
    - hərracçı hər sonrakı qiyməti hərrac addımını nəzərə almaqla cari qiyməti qaldırmaq yolu ilə təyin edir. Növbəti qiymət edildikdən sonra hərracçı birinci bilet qaldırmış hərrac iştirakçısının biletinin nömrəsini deyir. Birinci bilet qaldırmış üstünlük hüququ olmayan hərrac iştirakçısından sonra üstünlük hüququ olan hərrac iştirakçılarından bilet qaldıran olduqda hərracçı onun biletinin nömrəsini deyir. Sonra hərracçı hərrac addımına uyğun olaraq, növbəti qiyməti elan edir. Hərrac predmetini təşkilatçının elan etdiyi qiymətə (üstünlük hüququ olan hərrac iştirakçılarından isə belə hüququ olmayan digər iştirakçı tərəfindən təklif edilən son qiymətə) götürmək istəyən şəxslər hərrac iştirakçılarının arasında olmadıqda hərracçı həmin qiyməti üç dəfə təkrar edir;
    - hərracçı növbəti qiyməti üç dəfə təkrar etdikdən sonra hərrac iştirakçılarının heç biri biletlərini qaldırmadıqda hərrac başa çatır. Biletinin nömrəsini hərracçıya ən axırda bildirən iştirakçı hərracın qalibi hesab olunur;
    - hərracçı hərracın sonunda hərrac predmetini, qiymətini və hərracın qalibinin bilet nömrəsini elan edir;
    - hərrac qalibinin təklif etdiyi qiymət hərracın nəticələri haqqında tərtib olunmuş protokolda qeyd olunur.
    Qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilir. Protokol 2 nüsxədə tərtib olunur. Nüsxənin biri qalibə verilir, digəri isə hərrac təşkilatçısında qalır. Hərrac aşağıdakı hallarda baş tutmamış hesab edilir:
    - iştirakçıların sayı ikidən az olduqda;
    - hərracın heç bir üzvü ilkin qiymət üç dəfə təkrar olunduqdan sonra biletini qaldırmadıqda;
    - hərracın qalibi hərracın nəticələri haqqında olan protokola imza atmaqdan boyun qaçırdıqda.
    Hərrac baş tutmadıqda təşkilatçının ilkin qiyməti və eləcə də hərrac addımını dəyişdirməklə hərracın təkrar keçirilməsini elan etməyə ixtiyarı vardır.

    Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir.
    Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message