Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vəsiyyətnamələrin təsdiq edilməsi


Dövlət orqanı :
  • Şəmkir Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Vəsiyyətnamələrin təsdiq edilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • İcra Hakimiyyəti Başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vəsiyyətnamənin təsdiqi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : 10 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 10.15. maddəsi - Vəsiyyətnamələrin təsdiqi üçün - 10 manat
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Kağız daşıyıcıda
Fiziki şəxsin yazdığı və ya yazdırdığı vəsiyyətnamə
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Nağd
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Notariat hərəkətlərini apararkən İcra Hakimiyyətinin nümayəndəliyi hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər.
    - Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır.
    - Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
    - Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir.
    - İcra Hakimiyyətinin nümayəndəliyi fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən İcra Hakimiyyətinin nümayəndəliyinə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.
    - Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən İcra Hakimiyyətinin nümayəndəsinin iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən İcra Hakimiyyətinin nümayəndəsinin yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və İcra Hakimiyyətinin nümayəndəsinin, şahidlərin yanında imzalamalıdır.
    - Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda İcra Hakimiyyətinin nümayəndəsi ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.
    - Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
    - Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında İcra Hakimiyyətinin nümayəndəsinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.
    - Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı ldə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir.
    - Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
    - Əgər vəsiyyət edən şəxs lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyətnaməni o, İcra Hakimiyyətinin nümayəndəliyində və iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin irarədsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
    - Vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər.
    - İcra Hakimiyyətinin nümayəndəliyi vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməli və vəsiyyət edənə onun hüquqlarını izah etməlidir.
    - Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədi ilə vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir.
    - Vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər.
    - Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış tələb edir və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər.
    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Şəmkir Rayon İcra Hakimiyyəti


Ünvan: place M.Ə.Sabir küçəsi №15
Telefon: (+994 22) 305-33-63
Faks: (+994 22) 305-30-94, 305-33-72
E-poçt: mail@shamkir-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://shamkir-ih.gov.az/
VÖEN: 8500207251
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin bazar ertəsi - cümə günləri, saat 9-00-dan 18-00-dək
message