Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması)


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və müvafiq Regional Miqrasiya İdarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) və ya daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi barədə qərar qəbul edilir Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin təmin edilməsi və ya rədd edilməsi əsaslandırılmalı və bu qərarın surəti ona verilməlidir Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 18 ayadək
Rüsum : 90 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-1.4-cü maddəsi.
Müddət (Məbləğ) : 18 ayadək
Rüsum : 180 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1.4-cü maddəsi.
Müddət (Məbləğ) : 1 ilədək
Rüsum : 120 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1.3-cü maddəsi.
Müddət (Məbləğ) : 3 ayadək
Rüsum : 15 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-1.1-ci maddəsi.
Müddət (Məbləğ) : 2 ilədək
Rüsum : 240 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1.5-ci maddəsi.
Müddət (Məbləğ) : 1 ilədək
Rüsum : 40 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-2.1-ci maddəsi.
Müddət (Məbləğ) : 36 ayadək
Rüsum : 180 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-1.7-ci maddəsi.
Müddət (Məbləğ) : 2 ilədək
Rüsum : 80 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-2.2-ci maddəsi.
Müddət (Məbləğ) : 36 ayadək
Rüsum : 360 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1.7-ci maddəsi.
Müddət (Məbləğ) : 30 ayadək
Rüsum : 150 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-1.6-ci maddəsi.
Müddət (Məbləğ) : 6 ayadək
Rüsum : 60 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-ci maddəsi.
Müddət (Məbləğ) : 30 ayadək
Rüsum : 300 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1.6-cı maddəsi.
Müddət (Məbləğ) : 2 ilədək
Rüsum : 120 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-1.5-ci maddəsi.
Müddət (Məbləğ) : 6 ayadək
Rüsum : 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-1.2-ci maddəsi.
Müddət (Məbləğ) : 3 ayadək
Rüsum : 30 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə.
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-ci maddəsi.
Müddət (Məbləğ) : 1 ilədək
Rüsum : 60 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.8.1-1.3-ci maddəsi.
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Dövlət Miqrasiya Xidməti və ona tabe olan qurumlarda həftənin 1-5-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 6-7-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00 11:00:00 10:00:00
İşin sona çatma vaxtı : 18:00 17:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 13:00 00:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00 00:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və onun regional idarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri (bölmələri),
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Elektron qaydada və ya kağız formada
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış)
- Elektron qaydada və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (order)
- Elektron qaydada və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (icarə (kirayə) müqaviləsi)
- Elektron qaydada və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd)
- Elektron qaydada və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)
- Elektron qaydada və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Dövlət rüsumunun ödənilməsi barədə sənəd (Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir)
- Elektron qaydada və ya kağız formada
Müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür
- Sənədin skan edilmiş surəti
Müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd
- Elektron qaydada və ya kağız formada
2 ədəd 3.5x4.5 sm ölçüdə fotoşəkil
- Elektron qaydada və ya kağız formada
Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün)
- Elektron qaydada və ya kağız formada
Ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün)
- Elektron qaydada və ya kağız formada
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış
- Elektron qaydada və ya kağız formada
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma hüququ verən sənədin surəti
- Elektron qaydada və ya kağız formada
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama hüququ verən sənədin surəti
- Elektron qaydada və ya kağız formada
İqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti
- Elektron qaydada və ya kağız formada
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)
- Elektron qaydada və ya kağız formada
Pasportun surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
- Elektron qaydada və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Digər sərhədkeçmə sənədinin surəti (sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
- Elektron qaydada və ya kağız formada (sənədin surəti həmin sənədin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası
    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq İcra Hakimiyyəti orqanına müraciət etməlidirlər.
    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.
    18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.
    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəyi nəzərə alınmaqla, 20 iş günü ərzində baxılır.
    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir.
    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
    Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduğu hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
    Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
    Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir.
    Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
    Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır.
    "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti


Ünvan: place AZ-1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202
Telefon: (994) 498-9464, (994) 562-5790, (994) 562 5793
Faks: (994) 562-3702
E-poçt: info@migration.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.migration.gov.az
VÖEN: 1700760271
Ödəmə rekvizitləri: Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Bakı şəhəri Vergilər Departamenti
Hesab: AZ17CTRE00000000000002117131
VÖEN: 1400305751
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 1

Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin ödəmə rekvizitləri;

Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
m/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan müştəri: Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Hesab: AZ40CTRE00000000000004878501
VÖEN: 1701393691
Büdcə təsnifatının kodu: 142213
Büdcə səviyyəsinin kodu: 7



İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5 günləri, 09:00:00-18:00:00 919-Miqrasiya Məlumat Mərkəzi.
message