Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vergi ödəyicilərinin onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Rayon Vergilər Şöbələri
  • Vergi ödəyicilərinə xidmət mərkəzləri
  • Vergi risklərinin təhlili və nəzarəti departamenti
  • Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Sadələşdirilmiş vergi bəyannaməsi tərtib edilərək təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 gün Informasiya sistemi üzrə emal müddəti
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :

Şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə

Elektron müraciət edildikdə

Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir. Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Real vaxt rejimi:
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanındaBakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin, Ərazi Vergilər Departamentlərinin, Ərazi
    Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Vergi ödəyicilərinə xidmət mərkəzlərinin və Naxçıvan Muxtar
    Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Sadələşdirilmiş Vergi Bəyannaməsi
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi sistemə daxil olaraq onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsini elektron formada tərtib edir və həmin sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
    Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi idarəsi portalının Ebəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:
    - "e-Bəyannamə"siyahısından "Online sadələşdirilmiş bəyannamə" seçilir və bəyannamə forması açılır.
    - Açılmış online sadələşdirilmiş bərannamə formasına məlumatlar daxil edilir.
    - Məlumatlar daxil edildikdən sonra "Göndər" düyməsi sıxılaraq bəyannamə yüklənilir.
    - Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün – "Yoxla" düyməsinə basılır.
    - Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir.
    - Bəyannamədə səhv tapılmadıqda "təsdiq et" düyməsi sıxılır
    - Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır.
    Çap düyməsi ilə Bildiriş çap edilir. Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.
    Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən kordinasiya şöbəsinə (bölməsinə) daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbə (bölmə) tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxil olma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə kordinasiya şöbəsinin (bölməsinin) müfəttişi bəyannamənin surətində onun daxil olma
    tarixini əks etdirən ştamp vurmalıdır. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə
    əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir. Əgər bəyannamə vergi ödəyiciləri tərəfindən poçtla göndərilibsə, onda bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir.
    Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 71-72 maddələrinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyət üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message