Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markasının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi
Xidmətin məzmunu :
  • Bu xidmət audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markasının verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsi
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 7 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği (1 ədədin qiyməti, manatla) 1. “A” - audiovizual əsər nüsxəsi 0, 15; 2. “F” – fonoqram nüsxəsi 0, 15; 3. “P” - kompüter proqramı nüsxəsi 0, 15; 4. “M” - məlumat toplusu nüsxəsi 0, 15; 5. “K” - kitab nüsxəsi 0, 15;
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1 - 5-ci günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Kağız daşıyıcıda
ərizəçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız daşıyıcıda
ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
- Kağız daşıyıcıda
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
- Kağız daşıyıcıda
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Kağız daşıyıcıda
nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları Azərbaycan Respublikasının ərazisinə idxal olunmuşdursa, gömrük orqanları tərəfindən təsdiq edilmiş gömrük bəyannaməsinin surəti
- Kağız daşıyıcıda
audiovizual əsərin (filmin) filmlərin dövlət reyestrinə daxil edilməsini təsdiq edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş yayım vəsiqəsinin surəti
- Kağız daşıyıcıda
fonoqramın hazırlandığı (istehsal edildiyi)tarix və yer, fonoqrama daxil edilən musiqili əsərin (mətnli, mətnsiz) adı, müəlliflər, ifaçılar haqqında məlumat
- Kağız daşıyıcıda
kompyuter proqramının adı, istehsalçısı, hazırlandığı (istehsal edildiyi) tarix və yer barədə məlumat
- Kağız daşıyıcıda
kitabın adı, müəllifi (müəllifləri), tərtib edilmiş əsərlər üçün tərtibatçı müəllifin soyadı, adı, atasının adı, kitaba daxil edilmiş əsərlərin adları və müəllifləri, kitab tərcümə olunmuşdursa, əsərin orijinalının müəllifi və hansı dildən tərcümə edildiyi barədə məlumat
- Kağız daşıyıcıda
müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin hazırlanmasının (istehsal edilməsinin)qanuniliyini təsdiq edən sənədlərin (hüquqların verilməsi barədə müəllif müqaviləsi, hüquqlar vərəsəlik qaydasında keçdikdə vərəsəlik haqqında şəhadətnamə) surətləri (müəllifdən (və ya hüquq sahibindən) obyektiv səbəblərə görə (müəllifin və ya hüquq sahibinin hərbi xidmətə çağırılması, xəstələnməsi, ölkədə olmaması, o cümlədən uzunmüddətli ezamiyyətə göndərilməsi halları nəzərdə tutulur) icazə almaq mümkün olmadıqda, onun əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirən təşkilatla bağladığı müqavilənin surəti ərizəyə əlavə olunmalıdır), ərizəçi əsərin müəllifi olduqda, əsərin qeydiyyatı haqqında şəhadətnamənin surəti
- Kağız daşıyıcıda
müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxəsinin yazıldığı maddi daşıyıcının növü barədə məlumat
- Kağız daşıyıcıda
müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin nümunəsi (“siqnal nüsxə”)
- Kağız daşıyıcıda
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Nəzarət markasını almaq üçün xidmət istifadəçisi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə müraciət edərək, müvafiq ərizə formasını doldurur və ərizəyə əlavə olunan sənədləri təqdim edir. Ərizə və ona əlavə edilən sənədlər Agentliyin əməkdaşları tərəfindən qəbul edilir və qeydə alınır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması üçün məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman nəzarət markasının verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət nəzarət markasının verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırmadıqda Agentlik ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra nəzarət markasının alınması üçün təkrar ərizə ilə müraciət edə bilər.
    Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə yaxud aşkar olunmuş çatışmazlıqlar yuxarıda qeyd olunan müddətdə aradan qaldırdıqda, ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında 7 iş günündən gec olmayaraq nəzarət markasının verilməsi və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Xidmət haqqının ödənilməsi üçün haqqın ödənilməsi vəzifəsi barədə ərizəçiyə şifahi və ya məktub vasitəsi ilə məlumat verilir. Xidmət haqqı məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Agentliyə təqdim olunur. Ödənişin ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, nəzarət markasının verilməsi barədə inzibati akt Agentlik tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
    Xidmət haqqının ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən təqdim edildikdən sonra nəzarət markasının verilməsi barədə inzibati akt 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.
    Nəzarət markasının verilməsinən imtina olunduğu təqdirdə Agentlik imtina haqqında inzibati akt qəbul edir və həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

    Ərizədə göstərilən növdə və sayda nəzarət markası 3 (üç) iş günü müddətində ərizəçiyə təhvil verilir.Ərizəçi nəzarət markasını təhvil götürür və uçot jurnalında müvafiq qeydlər aparır.

    Nüsxələrin nümunəsinin (“siqnal nüsxə”nin) üz qabığında (titul vərəqində) əsərin və ya fonoqram istehsalçısının (naşirin) adı, hüquqi ünvanı, elektron poçt ünvanı (olduğu təqdirdə), əlaqə telefonları, müəlliflərin, ifaçıların, o cümlədən audiovizual əsərdə baş rolların ifaçılarının siyahısı, hüquq sahibləri, nüsxələrin hazırlandığı (istehsal edildiyi) yer (ölkə (şəhər) və tarix, istifadəyə verilən əmlak hüquqları, istifadənin məzmunu, müddəti, ərazisi barədə məlumatlar qeyd edilməlidir. Təqdim olunan nüsxə uçota alınır və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində saxlanılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi


Ünvan: place Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli 84, Hökumət Evi, giriş 5, mər. 1.
Telefon: (012) 493-39-44
Faks: (012) 498-10-28
E-poçt: mha@copag.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://copag.az/
VÖEN: 1700451171
Ödəmə rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN 1401555071, M-h
AZ85NABZ01360100000003003944, SWIFT CTREAZ22; Bakı Vergilər Departamenti H-h 2117131, VÖEN 1400305751.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: 1-5 günlər iş vaxtı: 09.00-18.00 fasilə vaxtı: 13.00-14.00
message