Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraclarda satışı


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən hərracların keçirilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Hərracların Təşkili üzrə Auksion Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • KİV-də məlumatın verilməsi
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Alıcıya hərracın təşkilatçısı tərəfindən hərrac komisyasının protokulu təqdim edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"nın 3.1-ci bəndinə əsasən hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hәrracın başlanmasına ən geci üç bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"nın 3.1-ci bəndi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Hәrracın başlanmasına ən geci üç bank günü qalanadək Real vaxt rejimi:
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • "Mülkiyyət" qәzetindә dərc edilən bildirişdə qeyd edilən ünvan
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Sifariş
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən müraciət edildikdə)
Fiziki şəxsi təmsil etmək hüququnu təsdiq edən etibarnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (xidmət yerinə gəlməklə müraciət edildikdə)
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (xidmət yerinə gəlməklə müraciət edildikdə)
Fiziki şəxsin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (xidmət yerinə gəlməklə müraciət edildikdə)
Özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (xidmət yerinə gəlməklə müraciət edildikdə)
Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (xidmət yerinə gəlməklə müraciət edildikdə)
Hüquqi şəxsin nizamnaməsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya notariat qaydasında təsdiq edilmiş surəti (şəxsən müraciət edildikdə)
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya notariat qaydasında təsdiq edilmiş surəti (şəxsən müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumat Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә və rəsmi veb ünvanında dərc edilir. Hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hәrracın başlanmasına ən geci üç bank günü qalanadək təqdim etmiş və əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.
    Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada elektron (elektron müraciət edildikdə) və ya kağız daşıyıcıda (şəxsən müraciət edildikdə) sifariş təqdim edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən müddətdə həyata keçirilir. Hərraclarda iştirak etmək üçün sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün sifarişçisi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir. Sifariş və ona əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılmış şəxslərə onların hərracda iştirak etmə nömrəsi, satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir. Bilet verildiyi andan sifarişçi hərrac iştirakçısı statusu alır. Hərrac aşağıdakı qaydada həyata keçirilir:
    - hərracı satıcı tərəfindən muzdla tutulmuş hәrracı aparır;
    - hərrac əmlakın və səhmin, habelə torpaq sahələrinin qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır. Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı və ya səhmi, habelə torpaq sahələrini almağa razı olduqlarını bildirirlər;
    - ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır;
    - hәrracı yeni satış qiymətini üç dəfə təkrar edir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Hәrrac əmlakın və ya səhmin (səhm zərfinin) satıldığını, satış qiymətini və qalibin biletinin nömrəsini elan edir;
    - ilkin qiymət 3 (üç) dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur və əmlak , səhm satıcıya qaytarılır;
    - hərrac başa çatdıqdan sonra hərrac komissiyası hərracın yekunlarını protokollaşdırır. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol 2 (iki) nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Protokolda satıcı və alıcı haqqında məlumatlar, əmlakın və səhmin adı, axırıncı satış qiyməti, əks olunur. Hərracın yekunları haqqında protokolun bir nüsxəsi alıcıya verilir. Bu protokol obyekt üzrə alqı-satqı müqaviləsi bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir. Hərracın qalibi hərrac başa çatdıqdan sonra həmin gün hərracın yekunları haqqında protokola imza etməlidir;
    - hərrac baş tutmadığı hallarda onun yekunu protokollaşdırılır və protokolda əmlakın və səhmin satıcıya qaytarılması qeyd edilir;
    - hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda hərracın nəticələri ləğv edilir, keçirilmiş beh geri qaytarılmır, əmlak satıcının sərəncamında qalır.
    Dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda), satıcı tәrәfindәn üçüncü hərracda həmin әmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hәrracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Hərracın nəticələri hərracın keçirildiyi gündən 15 (on beş) gün müddətində Satıcısının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində və rəsmi rəsmi veb ünvanında dərc olunur. Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamaqdan imtina etdikdə onun tәrәfindәn ödənilmiş beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür. Hərracın qalibi hərrac protokolunun imzalandığı andan ən geci 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür. Müəyyən olunmuş müddətdə alıcı qeyd olunan məbləği ödəmədiyi halda hərrac protokolu qüvvədən düşmüş hesab edilir və keçirilmiş beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür. Hərracda müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın satışı üçün ödənilmiş beh onların satış qiymətinə daxil edilir. Hərracın digər iştirakçılarının ödəmiş olduqları beh satıcı tərəfindən təqdim edilmiş siyahılar üzrə hərrac iştirakçısının tələbi ilə 10 (on) bank günü müddətində geri qaytarılır. Satıcı hərrac protokolunda göstərilən digər öhdəlikləri yerinə yetirməlidir. Alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message