Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Şəhər və rayon qeydiyyat şöbələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına dair təkrar şəhadətnamə və ya arayış, yaxud müvafiq akt qeydinin aşkar olunmaması barədə arayış verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Dövlət rüsumu haqqında qanun 12 maddə
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri Şəhər və rayon qeydiyyat şöbələrində həftənin 2-6-cı günləri "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00 10:00:00 10:00:00
İşin sona çatma vaxtı : 17:00:00 18:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 15:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • - Şəhər və rayon qeydiyyat şöbələrinin inzibati binaları
    - "ASAN" xidmət mərkəzlərinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Etibarnaməni vermiş şəxslə barəsində vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslər arasında qohumluq münasibətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Nümayəndə vasitəsi ilə müraciət edildikdə notariat qaydasında təsdiq olunmuş etibarnamə
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsinə dair sənəd
- Kağız daşıyıcıda
ərizə
- Kağız və elektron formada
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd (nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd)
- Kağız və elektron formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Maraqlı şəxslər təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə təqdim edirlər. Qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri olmadıqda, təkrar şəhadətnamə verilməsi haqqında ərizə icra olunmaq üçün Azərbaycan Respublikasının Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə göndərilir.
    - Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir.
    - Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.
    - Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir.
    - Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir.
    - Əgər nikah pozulubsa, qeydiyyat şöbəsi tərəfindən nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamə verilə bilməz. Lazım gəldikdə keçmiş ərin (arvadın) xahişi ilə ona müvafiq arayış verilə bilər.
    - Akt qeydi aşkar edildikdə müvafiq şəhadətnamə tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və müraciət edən şəxs şəhadətnamənin alınmasına dair reyestrdə imza edir.
    - Müvafiq akt qeydi aşkar olunmadıqda ərizəçiyə bu barədə arayış verilir.
    - Akt qeydi aşkar edilmədikdə və kifayət qədər əsas verən sənədlər təqdim edildikdə akt qeydi qeydiyyat şöbəsində bərpa edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - Şikayətə "İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müdətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Vətəndaşlıq vəziyyəti
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message