Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ölümün qeydə alınması


Dövlət orqanı :
  • Şəmkir Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Ölümün qeydə alınması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • İcra Hakimiyyəti Başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Ölüm haqqında şəhadətnamə
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin yerləşdiyi inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ölmüş şəxsin şəxsiyyət vəsiqəsi
- Kağız daşıyıcıda
VƏ YA
Ölmüş şəxsin doğum haqqında şəhadətnaməsi
- Kağız daşıyıcıda
Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun hərbi bileti
- Kağız daşıyıcıda
VƏ YA
Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun xidməti vəsiqəsi
- Kağız daşıyıcıda
Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında həkim şəhadətnaməsi
- Kağız daşıyıcıda
VƏ YA
Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında feldşer arayışı
- Kağız daşıyıcıda
VƏ YA
Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında həkim arayışı
- Kağız daşıyıcıda
Ölüm haqqında həkim sənədi olmadıqda, ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır.
    - Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
    - Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.
    - Ölüm haqqında məlumat İcra Hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir.
    - Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.
    - Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
    - Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır.
    - Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı İcra Hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər.
    - Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər.
    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Şəmkir Rayon İcra Hakimiyyəti


Ünvan: place M.Ə.Sabir küçəsi №15
Telefon: (+994 22) 305-33-63
Faks: (+994 22) 305-30-94, 305-33-72
E-poçt: mail@shamkir-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://shamkir-ih.gov.az/
VÖEN: 8500207251
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin bazar ertəsi - cümə günləri, saat 9-00-dan 18-00-dək
message