Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrdə qeydiyyata alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrdə qeydiyyata alınması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Qeydiyyat və notariat baş idarəsinin Dövlət reyestrlər idarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Yoxlamalar qeydiyyata alınır və ya imtina olunur
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • - Qeydiyyat və notariat baş idarəsinin (Dövlət reyestrləri idarəsinin) inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Tələb olunmur
- Sənədin skan edilmiş surəti
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Yoxlayıcı orqanların rəsmi müraciətləri əsasında Ədliyyə Nazirliyi tərəfindən onlara "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri" informasiya sisteminə giriş üçün "istifadəçi adı" və "şifrə" verilir;
    - Yoxlayıcı orqanlar tərəfindən sistemdə mövcud olan formaya uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 3.4.2-3.4.11-ci bəndlərində nəzərdə tutulan məlumatlar ( Yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman digər yoxlayıcı orqanların da adları), yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, hüquqi ünvanı, adı, subyekt barədə aparılan sonuncu yoxlama, yoxlamanın hüquqi əsası və predmeti, yoxlamanın aparılacağı faktiki ünvanı, yoxlamanın növü, yoxlanılan dövr, yoxlamanın müddəti) reyestrə daxil edilir;
    - Yoxlamaların qeydiyyatı ilə bağlı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən müraciət imzalanaraq Ədliyyə Nazirliyinə təqdim edilir və elektron formada göndərir.
    - Təqdim olunmuş məlumatların tamlığı və qanunvericiliyə uyğunluğu araşdırılaraq reyestrdə qeydiyyat aparılır və ya qeydiyyatın aparılmasından imtina olunur.
    -Yoxlayıcı orqanlar yalnız özləri tərəfindən keçirilən yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.
    - Reyestrdə qeydiyyata alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında vahid təkrarlanmayan yoxlama kodu verilir.
    - Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
    - Yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların hüquqi nəticəsi yoxdur və onların gedişində aşkar olunmuş qanun pozuntuları barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
    - İnformasiya sisteminin müvafiq pəncərəsində sahibkarlıq fəaliyyəti subyektinin nümayəndəsi tərəfindən onun fərdi identifikasiya nömrəsi, doğum tarixi, elektron poçt ünvanı eləcə də vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və dövlət qeydiyyata alınma tarixi daxil edilərək sistem istifadəçisi kimi qeydiyyata alınması üçün müraciət olunur;
    - Sorğu qəbul olunduğu təqdirdə istifadəçinin elektron ünvanına onun istifadəçi adı və xüsusi şifrəsi göndərilir;
    - Sahibkarlıq fəaliyyəti subyekti istifadəçi adını və şifrəni daxil etdikdən sonra özünün xüsusi pəncərəsinə daxil olur və elektron xidmətdən istifadə edir;
    - Sahibkar 1650 qısa nömrəsinə VÖEN-i və ya yoxlamanın kodunu SMS-lə göndərməklə məlumat əldə edir;
    - Sahibkar 1650 qısa nömrəsinə zəng vuraraq VÖEN-i və ya yoxlamanın kodunu daxil etməklə məlumat əldə edir;
    - Yoxlayıcı orqan "yoxlama.gov.az" internet informasiya resursu vasitəsilə ona aid bölməyə daxil olaraq özünün yoxlamaları barədə məlumatı, həmçinin yoxlamaların reyestrdə qeydiyyata dair çıxarışlarını əldə edə bilər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət edə bilər.
    - Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message