Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dəniz protestlərinin tərtib edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • Dəniz protestlərinin tərtib edilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Şəhər və rayon notariat kontorları
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dəniz protesti haqqında akt verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Dövlət rüsumu haqqında 10 maddə
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri Şəhər və rayon notariat kontorlarında "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00 09:00:00 10:00:00
İşin sona çatma vaxtı : 17:00:00 19:00:00 20:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • - Şəhər və rayon notariat kontorları
    - "ASAN xidmət" mərkəzləri
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Gəmi jurnalı və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarış
- Kağız daşıyıcıda
ərizə
- Kağız daşıyıcıda
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Nağd
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • -Notarius müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətlərin üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
    Notarius gəmi sahibinin hüquqlarını və qanuni mənafeyini qorumaq üçün sübutların təmin olunması məqsədi ilə, səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitalının ərizəsini qəbul edir.
    Dəniz protesti haqqında ərizədə hadisənin təsviri və kapitana etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün kapitanın gördüyü tədbirlər göstərilməlidir.
    Gəmi kapitalını dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 290-cı maddəsinə müvafiq surətdə ərizə ilə birlikdə, yaxud gəminin Azərbaycan Respublikası limanına daxil olduğu vaxtdan və ya hadisə limanda baş vermişsə, hadisə baş verdiyi vaxtdan ən çoxu yeddi gün müddətində gəmi jurnalını və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarışı nəzərdən keçirmək üçün notariusa verməlidir.
    Dəniz protesti haqqında ərizə SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası limanında notariusa gəminin limana gəldiyi vaxtdan iyirmi dörd saat ərzində verilməlidir. Dəniz protesti verilməsi zərurətini doğuran hadisə limanda baş vermişsə, protest hadisə vaxtından iyirmi dörd saat ərzində verilməlidir.
    Protesti müəyyən edilmiş müddətdə vermək mümkün olmadıqda, bunun səbəbləri dəniz protesti haqqında ərizədə göstərilməlidir.
    Notarius gəmi kapitanın ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən, komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən müəyyən olunmuş formada dəniz protesti haqqında akt tərtib edir, onu öz imzası və şəxsi gerbli möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi gəmi kapitanına və ya onun müvəkkil etdiyi şəxsə verilir, digər nüsxəsi isə kapitanın ərizəsini və gəmi jurnalından çıxarışı ona əlavə etməklə, notariusda qalır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - "Notariat haqqında” Qanunun 14-cü maddəsinə əsasən notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını təmin edir, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab verir və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görür.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message