Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ölkədə idman sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını, o cümlədən federasiyaları və digər qurumları öz səlahiyyətləri daxilində akkreditə etmək


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Xidmətin məzmunu :
  • İctimai birliklərin Azərbaycan Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
  • İdman şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İctimai birlik dövlət akkreditasiyasından keçdikdə, ona Nazirliyin kollegiyası tərəfindən qəbul edilmiş akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti təqdim edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 40 Yoxdur
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş İctimai birliklərə Respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Bədən tərbiyəsi və idman yönümlü ictimai birliyin təsis sənədləri və hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin əsli və notarial qaydada təsdiq edilmiş surətləri (kağız formada)
Beynəlxalq və digər idman qurumlarına üzvlüyü haqqında məlumat
- Kağız daşıyıcıda
Rəhbərliyi və rəhbər orqanlarının tərkibi haqqında məlumat
- Kağız daşıyıcıda
İctimai birliyinin fəaliyyətinin təmin edilməsi üzrə maliyyə mənbələri haqqında rəsmi sənədlər
- Kağız daşıyıcıda
Milli yığma komandalara namizədlərin seçilməsi və komandaların komplektləşdirilməsinə dair təkliflər
- Kağız daşıyıcıda
İdman obyektləri və bazaları haqqında məlumatlar
- Kağız daşıyıcıda
Müvafiq idman növü üzrə yüksək səviyyəli idmançıların hazırlığı sisteminin təkmilləşdirilməsi haqqında təkliflər
- Kağız daşıyıcıda
Müvafiq idman növü üzrə yarışların müəyyən edilmiş qaydada təsdiq edilmiş keçirilmə qaydaları və həmin idman növünün inkişaf və təbliğ edilməsi barədə proqram layihəsi
- Kağız daşıyıcıda
İnkişaf etdirilən idman növləri və fənlərinin siyahısı
- Kağız daşıyıcıda
Milli Olimpiya Komitəsinin rəyi
- Kağız daşıyıcıda
Rəsmi müraciət (ərizə)
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Təqdim edilmiş sənədlərə 40 (qırx) gün ərzində baxılaraq Nazirliyin rəyi müsbət olduqda, müraciət edənə akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti, əks halda, imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər.
    Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
    Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
    Həmçinin "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən peşəkar idman sahəsindəki mübahisələrə qanunvericiliyə uyğun şəkildə, o cümlədən idman arbitrajı vasitəsi ilə baxılır. İdman arbitrajı peşəkar idman sahəsindəki mübahisələrin həlli üçün yaradılan müvəqqəti orqandır. O, peşəkar idman sahəsindəki mübahisənin idman arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.
    İdman arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Mübahisələrə bədən tərbiyəsi və idman subyektlərinin iştirakı ilə baxır. İdman arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir. Tərəflər idman arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi


VÖEN: 1500171121
message