Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 təqvim günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Qanunverciliklə dövlət rüsumu xidmət haqqı müəyyən edilməmişdir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
ərizə
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ərizə forması doldurularaq tələb olunan sənədlərin surətləri ilə birlikdə Daxili İşlər Nazirliyinin və ya Baş Dövlət Yol Polis İdarəsinin poçt ünvanına göndərilir və ya şəxsən təqdim edilir.
    Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat»a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə xidmət aparan DYP qurumuna, o cümlədən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yolpatrul Xidməti Alayına, Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə və yaxud şəhər-rayon polis idarələrinə (şöbələrinə) elektron formada (internet vasitəsi ilə) ünvanlanır. Sorğunun icrası üzrə yol-nəqliyyat hadisəsinin qeydiyyata alındığı ərazi dövlət yol polisi qurumunun rəhbəri bilavasitə məsuliyyət daşıyır.
    Sorğu yol nəqliyyat hadisəsinin qeydiyyata alındığı qurumda baxıldığı zaman ərizəçi tərəfindən doldurulmuş formada ərizədə göstərilən məlumatlarda imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması barədə ərizəçiyə dərhal bildiriş göndərilir.
    Ərizəçi tərəfindən təqdim edilən ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
    Sorğuya aidiyyəti Dövlət Yol Polisi qurumunda baxılaraq 10 gün müddətində (sorğu qeydiyyata alındığı tarixdən) yol-nəqliyyat hadisəsi ilə bağlı iş üzrə toplanmış materiallar, o cümlədən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, yol-nəqliyyat hadisəsində iştirak etmiş avtomotonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, hadisədə iştirak etmiş şəxsin sürücülük hüququ varsa onun sürücülük vəsiqəsi, yol-nəqliyyat hadisəsi törədərkən sərxoşluq vəziyyətini müəyyən edən səhiyyə müəssisəsinin sənədi əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 15 mart tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış» tərtib olunur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin "Mərkəzi İnformasiya Sistemi"
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


VÖEN: 1700215291
message