Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə"nin 17-ci bəndinə əsasən Müəssisədənkənar Mühafizə xidməti orqanlarının mülkiyyətçilərlə qarşılıqlı münasibətləri və tərəflərin məsuliyyəti, müəyyən olunmuş qaydada təsdiq edilən nümunəvi müqavilələr əsasında Müəssisədənkənar mühafizə hissələri və mülkiyyətçilər arasında bağlanan müqavilələrlə müəyyənləşdirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • http://mia.gov.az/?/az/content/29784/

    http://bmi.gov.az/
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Bağlanmış müqavilə (kontrakt)
- Kağız daşıyıcıda
Ərizə
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • "Azərbaycan Respublikası DİN-in Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə"nin 17-ci bəndinə əsasən Müəssisədənkənar Mühafizə xidməti orqanlarının mülkiyyətçilərlə qarşılıqlı münasibətləri və tərəflərin məsuliyyəti, müəyyən olunmuş qaydada təsdiq edilən nümunəvi müqavilələr əsasında Müəssisədənkənar mühafizə hissələri və mülkiyyətçilər arasında bağlanan müqavilələrlə müəyyənləşdirilir.
    - Mühafizənin təmin edilməməsi üzündən mülkiyyətçilərə dəyən əmlak zərəri üçün Müəssisədənkənar mühafizə hissələri mövcud müqaviləyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar.
    Mülkiyyətçilər və Müəssisədənkənar mühafizə hissələri arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.
    - Mühafizənin növü onun etibarlığı və iqtisadi cəhətdən məqsədəuyğunluğu nəzərə alınmaqla tərəflərin razılaşması ilə müəyyən olunur. Obyektlərin mühafizə sistemi və postların (marşrutların) düzümü Müəssisədənkənar Mühafizə xidməti orqanları tərəfindən müəyyən olunur. Buraxılış və obyektdaxili rejimin müəyyən edilməsinə görə məsuliyyət obyekt rəhbərlərinin, onun həyata keçirilməsi üçün isə mühafizə hissələrinin üzərinə düşür.
    Rejimə əməl olunması və texniki mühafizəsi vasitələrinin tətbiqi üzrə Müəssisədənkənar Mühafizə xidmətinin göstərişləri mülkiyyətçilər üçün məcburidir.
    - Obyektlərin lazımi texniki möhkəmliyinin təmin edilməsi, onların siqnalizasiya vasitələri ilə təchizatı və bu vasitələrin təmiri, texniki istismar xidmətinin aparılması mülkiyyətçilərin hesabına həyata keçirilir.
    - Qorunan obyektlərdə mülkiyyətçilər Müəssisədənkənar Mühafizə xidmətinə avadanlıq və inventarlarla təchiz olunmuş xidməti və yardımçı otaqları pulsuz verərək onları su, işıq, istilik və təmirlə təmin edir. Müəssisədənkənar Mühafizə xidməti işçilərinə təhlükəsiz xidmət şəraiti yaradır, habelə obyektin mühafizə-yanğın siqnalizasiyasının mərkəzləşdirilmiş müşahidə pultuna 2-3 müdafiə səddi ilə qoşulması üçün telefon xətləri ayırır və hər müdafiə xətti üçün müqavilə qiymətləri ilə ayrıca haqq ödəyirlər.
    - Obyektlərin mühafizəsi siqnalizasiya vasitələrinə xidmət və digər xidmətlər üzrə ödənclər, oğurluq və yanğınlarla əlaqədar dəyən ziyanın ödənilməsi, iqtisadi cəhətdən əsaslandırılmış məsrəflər nəzərə alınmaqla müqavilə qiymətləri ilə həyata keçirilir.
    Müqavilədə müəyyən edilmiş qiymətlərin hesablanması onların respublika ərazisində mövcud olan indeksasiyası nəzərə alınmaqla aparılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


VÖEN: 1700215291
message