Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vətəndaşlığı olmayan şəxslərin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqəsinin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün 30 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur 6 AZN
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarında daimi yaşayam 16 yaşına çatmamış Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinə görədövlət rüsumu ödənilmir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 14.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinə görə 6 manat məbləğində dövlət rüsumu ödənilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə-anket
- Kağız daşıyıcıda
Şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi
- Kağız daşıyıcıda
Qeydiyyata alınacağı yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd
- Kağız daşıyıcıda
İcarəyə verənin icarəçi ilə bağladığı icarə müqaviləsi
- Kağız daşıyıcıda
Yaşayış sahəsinə köçmək üçün əsas verən order
- Kağız daşıyıcıda
Kirayəyə verənin kirayəçi ilə bağladığı kirayə müqaviləsi
- Kağız daşıyıcıda
Azərbaycan Respublikasının vətəndaşları üçün Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi
- Kağız daşıyıcıda
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil
- Sənədin surəti (kağız formada)
Nikah pozulduqda nikah pozulubsa haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
Şəxs ailəlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
Qanuni nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd
- Sənədin əsli
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün müraciət və zəruri sənədlər BPQ və Mİ-nin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsi tərəfindən qəbul edilir.
    Vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqda, sonradan isə hər 5 ildən bir və ya onun Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, göstərilən vəsiqə yararsız hala düşdükdə bu vəsiqəni dəyişdirmək üçün — Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi; vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənədlər; vətəndaşlığı olmayan şəxsin yaşayış yeri dəyişdikdə — yaşayış yeri barədə müvafiq sənədlər, "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamənin 7, 8 və 12-ci maddələrində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir.
    - Vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə dərhal həmin vəsiqəni verən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
    - Şəxsiyyət vəsiqəsinin itirilməsini bildirən vətəndaşlığı olmayan şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, vətəndaşlığı olmayan şəxs onu dərhal şəxsiyyət vəsiqəsini vermiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir.
    - Şəxsiyyət vəsiqəsinin itirilməsi təsdiq edildikdə və ərizəçinin şəxsiyyəti müəyyənləşdirildikdə itirilmiş vəsiqə etibarsız hesab edilərək müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün yeni şəxsiyyət vəsiqəsi verilir.
    - Tapılmış şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir.
    - Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaşlığı olmayan şəxs bu barədə cinayətin baş verdiyi yerin müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
    - Belə ərizənin qəbul olunması haqqında vətəndaşlığı olmayan şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsasdır.
    - Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşlığı olmayan şəxsə növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi verilməsindən ötrü sənədlər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına onun qohumları və ya qəyyumları tərəfindən təqdim edilir. Əgər belə şəxs psixi-nevroloji müəssisədə müalicədədirsə və onun Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi yoxdursa, onda şəxsiyyət vəsiqəsi belə şəxsə həmin müəssisədən çıxdıqdan sonra verilir.
    - Vətəndaşlığı olmayan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci bir ay keçənədək (ödədiyi rüsumdan asılı olaraq daha tez də verilir) şəxsiyyət vəsiqəsinin verilməsini təminedilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


VÖEN: 1700215291
message