Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Yerli investisiyalı kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət yerli investisiyalı kommersiya hüquqi şəxsin (yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla) dövlət qeydiyyatına alınmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • ASAN xidmət mərkəzləri
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Şuşa rayon Vergilər Şöbəsi
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
  • Zəngilan rayon Vergilər Şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Yerli investisiyalı kommersiya hüquqi şəxs barəsində məlumatlar (qeydlər) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir və müraciət etmiş şəxsə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 günədək 2 günədək 2 günədək
Ödənişsiz :
Rüsum : 220 AZN 3 AZN 11 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :

Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin qeydiyyatı üçün.

Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün

Digər hüquqi şəxslərin qeydiyyatı üçün

Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri "ASAN xidmət" mərkəzlərinə gəlməklə edilən müraciətlər həftənin 1-5-ci günləri Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00:00 10:00:00 09:00:00
İşin sona çatma vaxtı : 17:00:00 20:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Ərazi Vergilər Departamentlərinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi
- Sənədin əsli
Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin əsli
Fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd
- Sənədin əsli
Ərizə (təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi)
- Notariat qaydasında təsdiq edilmiş əsli
Hüquqi şəxs statusu almaq istəyən qurumun təsis edilməsi barədə qərarlar
- Sənədin əsli
Hüquqi şəxs statusu almaq istəyən qurumun nizamnaməsinin təsdiq edilməsi barədə qərarlar
- Sənədin əsli
Hüquqi şəxs statusu almaq istəyən qurumun idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar
- Sənədin əsli
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Sənədin əsli
Təsisçi hüquqi şəxs olduqda - nizamnaməsi
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti
Təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (dövlət reyestrindən çıxarış)
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti
Təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının Vergilər Nazirliyində saxlanılır, surəti isə ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilir. Yerli investisiyalı kommersiya hüquqi şəxs barəsində məlumatlar (qeydlər) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir və müraciət etmiş şəxsə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message