Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə xüsusi icazənin verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə, dövlət orqanlarına, bələdiyyələrə atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə xüsusi icazə verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :

I təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - 792 manat;

II təhlükəsizlik kateqoriyasına aid müəssisələr üçün - 396 manat;

III təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - 198 manat;

IV təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - 99 manat.

Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın 2-ci hissəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi: Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00 09:00:00
İşin sona çatma vaxtı : 00:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Müəssisənin sanitar-gigiyenik pasportu
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Atılmanın yol verilən həddi normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planı
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Əlverişsiz meteoroloji şərait zamanı zərərli maddələrin atmosfer havasına atılmasının tənzimlənməsi üzrə səmərəli tədbirlər planı
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Qəza zamanı və birdəfəlik atılmaların qarşısını almaq məqsədi ilə tədbirlər planı (mövcud texnoloji prosesləri belə hallara yol verə bilən müəssisələr üçün)
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Atmosfer havasına zərərli maddələrin atılma normativləri layihəsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturu tərəfindən razılaşdırılmış stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasına atılmasına analitik nəzarət qrafiki
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmet.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə ünvanlanır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizəçiyə 5 gündən gec olmayaraq təqdim edilmiş sənədlərdə olan çatışmazlıqlar konkret göstərilməklə yazılı məlumat verilir. Ərizəçi təqdim etdiyi sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan və sənədləri təkrar təqdim etdikdən sonra, onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə xüsusi icazənin verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra xüsusi icazə verilməsinə görə ödəmə haqqının ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi icazə verilməsi barədə qərar qəbul edilir və xüsusi icazə blankı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xüsusi icazənin verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin "Mərkəzi İnformasiya Sistemi"
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi


Ünvan: place AZ1073, Bakı şəhəri, B.Ağayev küçəsi 100(A)
Telefon: (012) 538-04-81, (012) 538-85-08
Faks: (012) 492-59-07
E-poçt: ecologiya.nazirliyi@eco.gov.az; info@eco.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.eco.gov.az/
VÖEN: 1300032591
Ödəmə rekvizitləri: А1. Ödəyən bank:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. CTREAZ22

А2. Ödəyən müştəri
Adı: Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyi Büdcə vəsaiti
H/H: AZ61CTRE00000000000002198401
VÖEN: 1300032591

B1. Alan bank:
Adı: Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filial
Kodu: 805562
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T. IBAZAZ2X

B2. Alan müştəri:
Adı: ABB Yasamal filialı
H/H: AZ25İBAZ345019394400001072016
VÖEN: 9900001881
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qeyri iş günləri istisna olmaqla, həftənin 1- 5-ci günləri, saat 09:00-dan 18:00-dək. Fasilə 13:00-14:00-dək.
message