Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət mənfət və gəlir vergisi bəyannaməsinin vergi orqanına verilmə müddətinin uzadılmasını əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Vergi öhdəliklərinin icrasına nəzarət departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılır və bu barədə vergi ödəyicisinə məlumat verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Real vaxt rejimi:
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə verg orqanına müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir. Hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda yaranan fərq verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla büdcəyə keçirilməlidir.

    Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını tərtib etmək və təsdiq etmək imkanı yaranır. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilərsə, bu halda ərizəyə baxılması ilə əlaqədar müddətin axımı həmin gündən sonrakı ilk iş gününün əvvəlində başlanır. Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə" ərizənin vergi orqanına təqdim edilməsi İnternet Vergi İdarəsi portalının "Onlayn kargüzarlıq və e-VHF" bölümü üzərindən aparılır. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə "Kimə" siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi, "Müraciətin növü" siyahısından - Ərizə, "Sənədin növü" siyahısından - "Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə" ərizə seçilir. Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması tarixləri vergi ödəyicisi tərəfindən interaktiv şəkildə ərizəyə daxil edilir və daha sonra istifadəçi kodu, parol və şifrə vasitəsilə sistemə daxil olmuş vergi ödəyiciləri "Qəbul" düyməsini, gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil olmuş vergi ödəyiciləri isə "İmzala və göndər" düyməsini sıxırlar. "Qəbul" düyməsi və ya "İmzala və göndər" düyməsi sıxıldıqdan sonra ərizənin məzmunu sistem tərəfindən avtomatik olaraq formalaşdırılaraq aidiyyəti üzrə baxılması üçün vergi orqanına göndərilir. "Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə" ərizə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş Bildiriş göndərilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizə araşdırıldıqdan sonra cavablandırılaraq, bu barədə onun elektron ünvanına məlumat göndərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message