Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Bankda və ya digər kredit təşkilatında hesabın açılması üçün sığortaedənə şəhadətnamə-dublikatın verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət sığortaedən (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) bankda və ya digər kredit təşkilatında hesabının açılması barədə şəhadətnamə-dublikatın alınması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına edilən müraciətləri əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Bankda və ya digər kredit təşkilatında hesabın açılması barədə şəhadətnamə-dublikat verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 2 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları"nın 2.7.29-cu bəndi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Elektron qaydada həftənin bütün günləri
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
ərizə
- Kağız daşıyıcıda
Azərbaycan Respublikası vətəndaşının (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin) şəxsiyyət vəsiqəsi
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən müraciətə baxılır. Təqdim edilmiş ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra şəhadətnamə-dublikat 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən doldurulub nömrələnir və təsdiq edilərək sığortaedənə verilir. Bir neçə bankda hesabın açılması barədə müraciət edildikdə, hər dəfə sığortaedənə yeni şəhadətnamə-dublikat tərtib olunmalıdır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Ünvan: place AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Telefon: (99412) 596-5033
Faks: (99412) 596-5034
E-poçt: info@mlspp.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mlspp.gov.az/
VÖEN: 1700093011
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"
message