Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Yenidən təşkil formasında ləğv edilən hüquqi şəxsin dövlət reyestrindən çıxarılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət yenidən təşkil formasında ləğv edilən hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Departamenti
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsi
  • Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi
  • Şuşa rayon Vergilər Şöbəsi
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
  • Zəngilan rayon Vergilər Şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Kommersiya qurumunun dövlət reyestrindən çıxarılması haqqında qərar qəbul edilir və bu barədə müraciət etmiş şəxslərə məlumat verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 7 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Ərazi Vergilər Departamentlərinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
ərizə
- Sənədin əsli
Qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin əsli
Qurumun nizamnaməsi
- Sənədin əsli
Yenidən təşkil nəticəsində ləğvetmə qərarı
- Sənədin əsli
VƏ YA
Möhür
- Sənədin əsli
Təhvil aktı
- Sənədin əsli
Bölünmə balansı
- Sənədin əsli
VƏ YA
Yenidən təşkil barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd
- Sənədin əsli
Səhmdar Cəmiyyətlərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin səhmlərin dövriyyədən çıxarılması barədə arayışı
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Hüquqi şəxsin ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməidir. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanır və təqdim edilir. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli vergi orqanında saxlanılır, surəti isə ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır və çatışmazlıq aşkar edilmədikdə, sənədlərin aldındığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 7 gün müddətindən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edilir və bu barədə müraciət etmiş şəxslərə məlumat verilir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır.

    Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaliyyət göstərə bilməz. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün ərzində reyestrdən çıxarıla bilməz.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət edə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Ünvan: place Azәrbaycan Respublikası, AZ1073, Bakı şәhәri, Landau küç.,16.
Telefon: (99412) 4038970
Faks: (99412) 4038971
E-poçt: office@taxes.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.taxes.gov.az/
VÖEN: 1300204521
Ödəmə rekvizitləri: VÖEN:1300204521
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN:1401555071
İBAN: AZ65CTRE00000000000002118401
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş saatları 09:00-18:00 Nahar fasiləsi 13:00-14:00
message