Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bağlaşma əsasında zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilmə


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bağlaşma əsasında könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilməsi.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyəti vəzifələrində həqiqi hərbi xidmət
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Nikah haqqında şəhadətnamənin surəti (evli olduqda)
- Kağız daşıyıcıda
4 ədəd (başıaçıq, anfas) 3x4 sm fotoşəkil
- Kağız daşıyıcıda
Xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə
- Kağız daşıyıcıda
Şəxsiyyəti təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Şəxsən yazılmış tərcümeyi-hal
- Kağız daşıyıcıda
Təhsil haqqında sənədin surəti
- Kağız daşıyıcıda
Məhkumluğun olub-olmaması barədə arayış
- Kağız daşıyıcıda
Uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda)
- Kağız daşıyıcıda
Doğum haqqında şəhadətnamənin surəti
- Kağız daşıyıcıda
Qeyd:
- bütün surətlər notarial qaydada təsdiq olunmalıdır
Ərizə və ya raport
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  •  Azərbaycan Ordusunda zabitlərin həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tanış olduqdan sonra Müdafiə Nazirliyinə ərizə ilə müraciət edirlər;
     müraciət edən şəxsin təhsilinə və əvvəlki xidmət (iş) təcrübəsinə uyğun vakant vəzifələr olduqda qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən şəxsi işi istənilir, şəxsi iş olmadıqda isə qəbul üçün tələb olunan müvafiq sənədlər müraciət edən şəxs tərəfindən bilavasitə Müdafiə Nazirliyinə təqdim edilir;
     müraciət edən şəxsin ailə tərkibi və yaşayış yerinin yoxlanılması, xidmətə yararlılıq dərəcəsinin təyin olunması, bilik, bacarıq (qəbul olunacaq ixtisasa uyğun) və fiziki hazırlıq səviyyəsinin yoxlanılması, həmçinin peşə-psixoloji seçimin aparılması kimi bir sıra tədbirlər həyata keçirilir;
     tələblərə cavab verən şəxslər zərurət olduğu halda ixtisasına uyğun müvafiq təlim və tədrisin keçirilməsi üçün kursa cəlb olunur;
     qəbul komissiyasının yekun qərarına əsasən xidmətə qəbul olunma hüququnu əldə etmiş (kursu müvəffəqiyyətlə bitirmiş) şəxslər ilə 3 (üç) nüsxədə bağlaşma tərtib edilir və şəxsi heyət üzrə əmrlə rəsmiləşdirilir;
     şəxslər həqiqi hərbi xidmətə çağırılaraq, müvafiq vəzifəyə təyin olunur və xidmət yerinə göndərilir;
     bağlaşmanı imzalanmaqdan imtina edildiyi halda, toplanmış sənədlər müvafiq qaydada məhv edilir, şəxsi işlər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq orqanlarına qaytarılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana, yəni Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisinə inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi Azərbaycan Respublikasının Müdafiə nazirinə şikayət verə bilər. Təkrar olaraq müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi


Ünvan: place AZ 1073, Bakı şəhəri, Parlament prospekti, 3.
Telefon: (994) 539-2915
E-poçt: pressmd@mod.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mod.gov.az
VÖEN: 1300162621
message