Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət kommersiya qurumlarına və dini qurumlara münasibətdə istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı müraciətləri əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Qeydiyyat və notariat baş idarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildiriş
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :

15 günədək uzadıla bilər

Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Ödənişsiz
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • - Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi
- Kağız daşıyıcıda
Müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi
- Kağız daşıyıcıda
Müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti
- Kağız daşıyıcıda
Qeyrihökumət təşkilatı və xarici qeyrihökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız daşıyıcıda
Şəxsin adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə
- Kağız daşıyıcıda
Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.
- Kağız daşıyıcıda
Ərizə “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” Qaydasının 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda).
- Kağız daşıyıcıda
"Qrant haqqında" Azərbaycan Respublikasının Qanunun 2ci maddəsinin 5ci hissəsində nəzərdə tutulmuş donorlar (Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyəkredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti
- Kağız daşıyıcıda
ərizə
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nın 3.1-ci hissəsinə əsasən qeydiyyat orqanı tərəfindən bildirişin verilməsi üçün aşağıdakılar araşdırılmalıdır:
    - təqdim edilmiş sənədlərin və müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunlarına, resipiyentin nizamnaməsinə (əsasnaməsinə), o cümlədən müqavilənin (qərarın) şərtlərinin qrant anlayışına uyğunluğu;
    - Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar tərəfindən verilmiş qrantların həmin qurumların fəaliyyət sahələrinə uyğunluğu;
    - resipiyentin "Qrant haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş meyarlara uyğun olması və qrantın həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş donorlardan əldə edilməsi;
    - müqaviləni (qərarı) imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması;
    - Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;
    - bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü;
    - qrant verən təşkilat dövlət qurumu olduğu halda, onun "Qrant haqqında" Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş siyahıda olması;
    - "Qrant haqqında" Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən layihənin həyata keçirildiyi dövrdə qrant vəsaitlərinin təyinatının dəyişdirilməsi, qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi şərtləri müqavilədə (qərarda) nəzərdə tutulmadığı hallarda donorun buna yazılı razılığının verilməsi;
    - müqavilənin (qərarın) müddəalarının aydın ifadə olunması və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi.

    Qeydiyyat orqanı müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş)gün müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bildirişi verir. Göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadıla bilər.
    Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Müqavilənin (qərarın) qeydə alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə (qərar) qeydə alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message