Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması


Dövlət orqanı :
  • Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşın uçota alınmasını təsdiq edən sənəd
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 təqvim günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Nizami Rayon İcra Hakimiyyətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Arayış-Forma 2 (İcra nümayəndəliyindən, MİS-dən, Kooperativ binalardan)
- Poçt vasitəsi ilə və ya şəxsən
Əlillik vəsiqəsi və ya Şəhid ailəsi vəsiqəsinin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (18 yaşından yuxarı öz ailə üzvlərinin hər birinin adına)
- Poçt vasitəsi ilə və ya şəxsən
Yerli Bələdiyyədən arayış ( adlarına torpaq sahəsi olub-olmaması barədə-18 yaşından yuxarı öz ailə üzvlərinin hər biri)
- Poçt vasitəsi ilə və ya şəxsən
Nikah haqqında şəhadətnamənin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
2 №-li forma üzrə arayışda olan ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri
- Poçt vasitəsi ilə və ya şəxsən
Ailə üzvlərindən işləyən varsa iş yerindən mənzil növbəliliyində olub- olmaması barədə arayış
- Poçt vasitəsi ilə və ya şəxsən
Uşaqların doğum şəhadətnamələrinin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
Mənzilin, evin qeydiyyat vərəqəsi
- Kağız daşıyıcıda
VƏ YA
Mənzilin orderi
- Kağız daşıyıcıda
Əlillik barədə Tibbi-sosial ekspert komissiyası arayışının surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması İcra Hakimiyyəti Başçısı yanında Mənzil Komissiyasına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin Komissiya (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir;

    - Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir;

    - Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir;

    - Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər;
    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti


Ünvan: place AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65a,
Telefon: 012 422-10-01
Faks: 012 421-52-51
E-poçt: mail@nizami-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.nizami-ih.gov.az
VÖEN: 1600259211
Ödəmə rekvizitləri: VÖEN: 1600259211
Hesab: AZ12CTRE00000000000002517831

Bank:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. CTREAZ 22


İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bazar ertəsi - cümə günləri (09:00-18:00)
message