Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Abonent məlumatlarında dəyişikliklərin edilməsi


Dövlət orqanı :
  • "Azəriqaz" İstehsalat Birliyi
Xidmətin məzmunu :
  • Bu xidmət abonentlərin rəsmi müraciəti əsasında "Azəriqaz" İB-nin məlumat bazasında şəxsi məlumatlara dəyişiklik edilməsini əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "Azəriqaz" İstehsalat Birliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin yerində təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Abonent bazasında müvafiq dəyişikliklər aparılır
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 20:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Günlər : "ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 17:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Günlər : "Asan Kommunal" mərkəzləri 1-5 ci günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 20:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Günlər : "Asan Kommunal" mərkəzləri 6-cı günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 17:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- əsli
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
- əsli
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış
- əsli
Smart Kart
- əsli
Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyi adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə
- əsli
Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti
- əsli
Notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)
- əsli
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Abonent məlumatlarında dəyişikliklər edildiyi zaman qaz təchizatı haqqında müqavilə “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində bağlanılır.

    Qeyd 1: Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər bir ayrıca abonent olduğu hal istisna olmaq şərti ilə) onların razılıq ərizəsi tələb olunur.

    Qeyd 2: Başqa şəxs müraciət etdiyi halda qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

    Qeyd 3: Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu
    notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirə bilər.

    Qeyd 4: Borc aşkar olunduğu halda abonent məlumatlarında dəyişikliklərin edilməsi xidməti həyata keçirilmir. Yalnız borc ödənildikdən sonra xidmət göstərilə bilər.

    Qeyd 5: Mənzil Tikinti Koorperativləri tərəfindən verilən alqı-satqı müqavilələri həmin MTK-lar tərəfindən təsdiqlənir.

    Qeyd 6: Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, onun bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır.

    Qeyd 7: Abonent bazasında qeyd olunan ünvan ilə mülkiyyət sənədində qeyd olunan ünvan arasında fərq aşkar olunduqda, vətəndaşın müraciəti rəsmi olaraq qəbul edilir, 1 (bir) iş günü müddətində “Müştəri xidməti” şöbəsinin əməkdaşı tərəfindən həmin ünvanda müvafiq araşdırma zamanı bütün məlumatlar xüsusi hazırlanmış blankda qeyd edilərək müvafiq “ASAN kommunal” mərkəzində çalışan qrup rəhbərinə təqdim edilməklə tələb olunan məlumat dəyişikliyi həyata keçirilə bilər.

    Qeyd 8: Sənədsiz evlərdə, abonent kodunda qeyd olunan şəxs rəhmətə getdikdə, həyat yoldaşının adına bu kodun rəsmiləşdirilməsi rəhmətə gedən şəxsin ölüm haqqında və nigah haqqında şəhadətnamələri əsasında, əlavə sənəd tələb olunmadan bu xidmət həyata keçirilə bilər.



Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "Azəriqaz" İB-nin "Şikayətlərin araşdırılması" şöbəsinə rəsmi müraciəti əsasında
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

"Azəriqaz" İstehsalat Birliyi


Telefon: +994125212221
VÖEN: 9900001621
message