Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Xidmətin məzmunu :
  • Gənclər və İdman Nazirliyinin (GİN ) hər il qeyri-hökumət gənclər təşkilatları tərəfindən dövlət gənclər siyasətinin müvafiq istiqamətləri üzrə hazırlanan layihələrin maliyyələşdirilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Gənclərlə iş şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • KİV-də məlumatın verilməsi
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müsabiqədə uğur qazanmış layihələrin qismən maliyyələşdirilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 Yoxdur
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : 1. "Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi haqqında Gənclər və İdman Nazirliyinin kollegiyasının 27 fevral 2004-cü il tarixli qərarı; 2. Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında" Əsasnaməyə əlavə və düzəlişlərin edilməsi haqqında Gənclər və İdman Nazirliyinin kollegiyasının 30 oktyabr 2008-ci il tarixli qərarı; 3. "Layihələrin qismən maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiəqlərin qalibi olmuş gənclər təşkilatları ilə imzalanan müqavilə, icra sxemi və nümunəvi hesab-faktura formalarının təsdiq olunması və layihələrin icrasına nəzarətin artırılması haqqında" Gənclər və İdman Nazirliyinin S-113 nömərli, 15 fevral 2011-ci il tarixli əmri.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır. Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00 09:00:00
İşin sona çatma vaxtı : 00:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Təşkilatın Nizamnaməsi və qeydiyyat şəhadətnaməsi
- Nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti və şəhadətnamənin surəti
Təşkilatın son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı
- Kağız və elektron formada
Təşkilatın son bir ildə keçirdiyi əsas tədbirlər, onların keçirilmə müddəti və iştirakçılarının sayı haqqında arayış
- Kağız formada və ya elektron formada
Layihə, icra planı və onun həyata keçirilməsi üçün tələb olunan xərclər smetası
- Kağız formada və ya elektron formada
Təşkilatın üzvlərinin sayı və yerlərdəki struktur bölmələri haqqında arayış
- Kağız formada və ya elektron formada
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Gənclər və İdman Nazirliyinin Kollegiyasının 27 fevral 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış (proqramların )layihələrin qismən maliyyələşdirilməsi haqqında" Əsasnamənin 2.1-ci bəndinə əsasən Dotasiya Nizamnaməsi azı 1 il əvvəl Ədliyyə Nazirliyində qeydə alınmış, minimum 100 üzvə malik olan və ya təqdim etdiyi proqram (layihə) azı 100 nəfər gəncə sosial xidmətin göstərilməsini təmin edən gənclər təşkilatına verilir. Hər bir müsabiqə və onun mövzuları Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə təsdiq və elan olunur. Əsasnamənin 3.2-ci bəndinə görə Dotasiya almaq istəyən gənclər təşkilatları Gənclər və İdman Nazirliyinin gənclərin qeyri-hökumət təşkilatlarının proqramlarının (layihələrinin) maliyyələşdirilməsi ilə bağlı keçiriləcək müsabiqə haqqında müvafiq elanından sonra 2 ay ərzində Gənclər və İdman Nazirliyinə ərizə ilə müraciət edə bilərlər. Ərizədə proqramın (layihənin) məqsədi və müddəti, gənclər siyasətinin hansı istiqamətinə əsasən hazırlandığı göstərilməlidir. Müsabiqəyə layihələr konkret vaxt ərzində qəbul edildiyi üçün məhz həmin dövrdə xidmət aktiv olunur. Müsabiqə bitdikdən sonra xidmət növbəti müsabiqəyə qədər bağlı olur.
    Müraciətlərə müvafiq şöbə tərəfindən baxılır. Layihələrə ekspert məsləhət şurasında baxılır, seçim keçirilir. Layihəsi dəstəklənmiş təşkilatların siyahısı nazirliyin rəsmi veb saytında yerləşdirilir və kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər.
    Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
    Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi


VÖEN: 1500171121
message