Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi barədə arayışın (məlumatın) ərizəçiyə təqdim edilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz :
Rüsum : 10 AZN
Xidmət haqqı : 20 AZN
Ödənişlə bağlı qeyd : Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı - Qeyd 1. Göstərilən xidmətlər sifarişçinin müraciəti əsasında qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə), müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3, 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda 1,5 əmsalı tətbiq edilir. 
Ödənişin hüquqi əsası : - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsi; -“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi -“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli Qərarının II bölməsi (Qərarın 1 nömrəli qeydi tətbiq olunmaqla) - Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarının II hissəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə (Hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhrlə təsdiq edilir)
- Sənədin əsli
Ərizənin verilməsinə hüququ olan şəxsin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə
- Sənədin əsli
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin əsli
İcarə istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə qərarı
- Sənədin əsli
İcarə və ya istifadə hüquqlarına xitam verilməsi barədə əqd
- Sənədin əsli
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin əsli
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. İmtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə Xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Onlar 1 (bir) iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra onlara 1 (bir) gün müddətində baxılır və daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi barədə arayış (məlumat) istifadəçiyə təqdim edilməsi üçün Xidmətin müvafiq ərazi idarəsinə verilir. Xidmətin müvafiq ərazi idarəsi tərəfindən arayışın (məlumatın) skan edilmiş surəti dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə göndərilir və ya birbaşa təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message