Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi


Dövlət orqanı :
  • Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti
Xidmətin məzmunu :
  • Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İcra Hakimiyyəti Başçısının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə sərəncamı
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 təqvim günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir)
- Poçt vasitəsi ilə və ya şəxsən
VƏ YA
Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər
- Əsli və ya notarial qaydada təsdiqi
Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu)
- Poçt vasitəsi ilə və ya şəxsən
Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı
- Poçt vasitəsi ilə və ya şəxsən
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında həyata keçirilir.
    - Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) İcra Hakimiyyətinə müvafiq sənədləri təqdim edir.
    - İcra Hakimiyyəti tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir.
    - Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar İcra Hakimiyyəti tərəfindən Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.
    - İcra Hakimiyyəti Mənzil Məcəlləsinin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. İcra Hakimiyyəti ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır.
    - Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda Mənzil Məcəlləsinin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir.
    - Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, Mənzil Məcəlləsinin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
    - Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, Mənzil Məcəlləsinin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır.
    - Mənzil Məcəlləsinin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması İcra Hakimiyyəti tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı İcra Hakimiyyəti tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
    - Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.
    - Sahənin keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.
    - Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
    - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuşqaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti


Ünvan: place AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65a,
Telefon: 012 422-10-01
Faks: 012 421-52-51
E-poçt: mail@nizami-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.nizami-ih.gov.az
VÖEN: 1600259211
Ödəmə rekvizitləri: VÖEN: 1600259211
Hesab: AZ12CTRE00000000000002517831

Bank:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. CTREAZ 22


İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bazar ertəsi - cümə günləri (09:00-18:00)
message