Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Mətbu nəşrlərin uçotunun aparılması və mətbu nəşrlərin reyestrinə daxil edilmiş məlumatların sonrakı dəyişikliklərinin uçota alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • - Mətbu nəşrlərin uçotunun aparılması və mətbu nəşrlərin reyestrinə daxil edilmiş məlumatların sonrakı dəyişikliklərinin uçota alınması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Qeydiyyat və notariat baş idarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Mətbu nəşr reyestrə daxil edilərkən müraciətlərin hər iki nüsxəsinə məsul əməkdaş tərəfindən müvafiq ştamp vurulmaqla reyestrə daxil edilmə nömrəsi əks etdirilir və müraciətin bir nüsxəsi təsisçinin ünvanına poçt xidməti vasitəsilə göndərilir elektron müraciət edildikdə müraciətin bir nüsxəsinin skan edilmiş surəti elektron imza ilə təsdiq olunaraq elektron poçt vasitəsilə istifadəçiyə göndərilir
  • Mətbu nəşrlərin reyestrinə daxil edilmiş məlumatların sonrakı dəyişikliklərinin uçota alındıqda mətbu nəşrlərin reyestrinə daxil edilməsi barədə məktub verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Ödənişsiz
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • - Qeydiyyat və notariat baş idarəsinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Qrup nömrəsi
Ərizə
- Kağız və elektron formada
Təsisçi fiziki şəxsdirsə onun şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxsdirsə onun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti
- Kağız və elektron formada
Mətbu nəşrin redaktorunun (baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız və elektron formada
Mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti
- Kağız və elektron formada
Dəyişikliyi təsdiq edən sənədlər
- Kağız və elektron formada
Mətbu nəşrlərin reyestrinə daxil edilmiş məlumatların sonrakı dəyişikliklərinin uçota alınması üçün: 1. ərizə 2. dəyişikliyi təsdiq edən sənəd
- Kağız və elektron formada
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Mətbu nəşr təsis etmək istəyən şəxs və ya səlahiyyətli nümayəndəsi həmin nəşrin çapından 7 gün əvvəl müəyyən edilmiş nümunəyə əsasən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə rəsmi müraciət edir. İki nüsxədə tərtib edilən müraciətdə aşağıdakı məlumatlar əks etdirilir: adı, məqsədi, dövriliyi, hüquqi ünvanı; təsisçisinin, əgər təyin edilibsə redaktorun (baş redaktorun) adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; təsisçi fiziki şəxsdirsə, onun fəaliyyət qabiliyyətli olması və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməməsi.
    - Müraciətə mətbu nəşr fiziki şəxs tərəfindən təsis olunduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti; mətbu nəşrin redaktorunun (Baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti; mətbu nəşrin redaktorunun (Baş redaktorunun) ali təhsilini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti əlavə olunur. Təsisçi fiziki şəxsdirsə, imzası notariat qaydasında təsdiq edilməlidir.
    Mətbu nəşrin təsisçisi, yaxud redaksiyası hüquqi şəxsdirsə, müraciətdə bu barədə məlumatlar göstərilməlidir. Məlumata hüquqi şəxsin adı, dövlət qeydiyyatına alındığı tarix, qeydiyyat nömrəsi və dövlət qeydiyyatını həyata keçirən orqanın adı göstərilməlidir. Həmçinin həmin hüquqi şəxsin notariat qaydasında təsdiq olunmuş nizamnaməsinin surəti müraciətə əlavə olunur.
    - Mətbu nəşrin təsis edilməsinə dair müraciətdə əks olunan məlumatların düzgünlüyünə müraciət edən şəxs məsuliyyət daşıyır və bu barədə müraciətdə müvafiq qeyd aparılır. Müraciətin hər iki nüsxəsinə qəbul edilmə tarixi yazılır.
    - Müraciətin hər iki nüsxəsi kargüzarlıqda qeydiyyatdan keçirilərək Qeydiyyat və notariat baş idarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinə təqdim edilir.
    - Əgər müraciətdə nöqsanlar varsa 5 gün müddətində onların aradan qaldırılması barədə müvafiq izah verilir.
    Mətbu nəşr reyestrə daxil edilərkən müraciətlərin hər iki nüsxəsinə məsul əməkdaş tərəfindən müvafiq ştamp vurulmaqla reyestrə daxil edilmə nömrəsi əks etdirilir və müraciətin bir nüsxəsi təsisçinin ünvanına poçt xidməti vasitəsilə göndərilir. Eyni zamanda təsisçinin arzusu ilə həmin nüsxə fərdi qaydada ona təqdim edilə bilər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message