Dövlət xidmətlərinin Elektron Reyestri "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır.
Elektron Reyestrin aparılmasının əsas məqsədləri aşağıdakılardır:
- qurumların göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin (fiziki və hüquqi şəxslərə, qurumlara və s.) müəyyən edilməsi;
- xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi;
- xidmət sahələri üzrə standartların və hər bir xidmətin reqlamentinin müəyyən edilməsi;
- xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərin sürətləndirilməsi və bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi;
- xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin və informasiya ehtiyatlarının inteqrasiyasının təmin edilməsi;
- xidmətlərin təşkili üzrə dövlət xərclərinin səmərəli istifadəsi barədə təkliflərin verilməsi;
- eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
- yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi;
- xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması;
- vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi;
- qurumların fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
- xidmətlər üzrə mərkəzləşdirilmiş məlumat-axtarış bazasının yaradılması.
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı